Baxış sayı: 287
6-11-2016, 12:30

Salam dəyərli həmvətənlərim! Yeni bir xəbər portalında sizinlə təkrar görüşmək ən böyük xoşbəxtlikdir.

Shefeq.az- bu onun Azərbaycan dilində olan yazılışı və oxunuşudur.  Türk dilində isə… İstəyirəm yazıma elə buradan başlayım.  Bəli Türk dilində bu sözün yazılışı və deyilişi “ ŞAFAK”. Sözün ilk mənası təxminən hər kəsə aydındır.  Yəni Günəş  doğmamışdan və ya çıxmamışdan öncə təbiətin görünüşünə ŞAFAK deyirlər.  Yəni Günəşdən əvvəl və günün ən tez və başlamamış halı.

Bununla bitmir təbii ki.  Şafak Türk millətinin daha ilk qurulduğu illərdə, Mehmet Akif Ərsoyun yazdığı  Türkiyəmizin İstiklal Marşının ilk sözləridir. “ Korkma sönmez bu “ŞAFAK” larda üzen al sancak”…

Amma bununla da bitmir.  “ Axşam Günəşin batdığı zaman  Təniətin  aldığı görünüşə də Şfəq batışı deyirlər.

Bununla yanaşı  Türkiyəmizin əsgərləri, hərbi xidmətdə keçirdikləri hər günü  sayarkən “1 Şafak”, “ 2Şafak”  deyə adlandırırlar. 

Saytın Şəfə q adlandırılması  elə belə qoyulmuş və ya elə belə düşünülmüş  bir ad deyil.  Bu ad altında çox düşüncələr gizlədir məncə.  Və əminəm ki, xəbər yayımında da dürüst və birbaşa  xəbər yayını olacaq. Buna əminəm!

Bu belə…

İndi isə, bu xəbər saytını  yaradam  nsan, dəyərli  jurnalistə.  Mən onu illər öncə tanımışdım.  Məndən müsahibə almağa gəlmişdi.  O zaman ondakı  həyacanı görmüşdüm. O məndən müsahibə aldığı zaman mən onun həyatı ilə maraqlanmışdım.  Çətin bir həyat yolu keçmiş və həyatın bütün çətinliklərinə ramən  ayaqüstə qalmağı bacarmışdı.   Qısacası  həyata məğlub olmamışdı və qürurlu idi.  İki  şirin övladı ilə bu zalım  həyatla mübarizə aparmağa  çalışırdı.

Və bu gün görürəm ki,  artıq o bunu tam olaraq bacarıb. Qələminin gücü ilə və jurnalsitlərin hörmət görmədiyi bir cəmiyyətdə o özünə hörmət və sevgi qazana bilib.

Bu gün o insanın yaratdığı bir xəbər saytına köşə yazısı yazmaq məmə böyük bir xoşbəxtlik verir. Mənim də 40 ildən artıq urnalsitlik həyatımda ilk gün yaşadığım həyacanlardan birini yaşayıram və onunla əməkdaşlıq etdiyim üçün də dünyanın ən xoşbəxt insnaıyam.

Xeyirli olsun İradə xanım, sizə  bu yolda ən gözəl qələbələri  arzulayıram  və bu xəbər saytının əməkdaşı kimi məni də gördüyünüz üçün sizə təşəkkür edirəm. ŞƏFƏQ-iniz uğurlu, Xəbəriniz bol olsu! Tanrı sizi qorusun!!!

Bülənt Gürçam