•  – 5 rayon dərhal Azərbaycana qaytarılmalıdır... - Rusiyadan İNANILMAZ TƏLƏB 
  •  – Putinlə Ərdoğanın görüşü başa çatdı - Vacib qərar qəbul olundu 
  •  – İlham Əliyev: Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir 
  •  – Niderlandakı müvəqqəti işlər vəkili KSQT baş direktoru ilə görüşdü 

Boykot...

Baş­lan­dı. Mü­xa­li­fət­də ar­tıq bə­zi­lə­ri növ­bə­dən­kə­nar pre­zi­dent seç­ki­lə­ri­ni boy­kot ru­hun­da kök­lə­nib. Gu­ya, iq­ti­da­rın çox da ve­ci­nə­dir ki, kim­sə seç­ki­yə get­di, ya yox...

Öl­kə­də nö­vö­dən­kə­nar pre­zi­dent seç­ki­lə­ri­nin elan olun­ma­sı yat­mış mü­xa­li­fə­ti qı­şın oğ­lan ça­ğın­da yu­xu­dan ne­cə sil­kə­lə­yib oya­dıb­sa, dü­şər­gə­də­ki­lər hə­lə də qə­ra­rın şo­ku­nu ya­şa­yır­lar. Öz­lə­ri də eti­raf edir­lər ki, göz­lə­nil­məz qə­rar ol­du­ğun­dan, atı­la­caq ad­dım­lar ba­rə­də in­di­dən nə­sə de­yə bil­məz­lər.
Dü­şər­gə­də seç­ki­də iş­ti­rak­la bağ­lı iki­ti­rə­lik hökm sü­rür; hər seç­ki­də ol­du­ğu ki­mi. Bə­zi­lə­ri ar­tıq qə­rar­la­rı­nı ve­rib­lər; növ­bə­dən­kə­nar pre­zi­dent seç­ki­lə­ri­ni boy­kot edə­cək­lər. Bu sı­ra­ya Mil­li Şu­ra baş­çı­lıq edir və hə­lə­lik yal­nız on­lar­dır seç­ki­yə get­mək fik­rin­də ol­ma­yan­lar. Qa­lan­la­rı­sa hə­lə fi­kir­lə­şir­lər. Bə­zi­lə­ri de­yir, ay nə bi­lim, bi­zim təc­rü­bə­miz-fi­lan var, mü­ba­ri­zə axı­ra­dək apa­rı­la­caq. Bir qis­mi isə mü­xa­li­fət­də çox­luq nə qə­rar ve­rə­cək­sə, onun­la həm­rəy ola­caq­la­rı­nı bə­yan edir­lər. Yə­ni, ək­sə­riy­yət qol çır­ma­yıb seç­ki­yə get­sə, bun­lar da iş­ti­rak edə­cək­lər, yox, əgər boy­kot tə­rəf­dar­la­rı çox ola­caq­sa, bun­lar hə­min ad­dı­mı ata­caq­lar.

Mil­li Şu­ra ar­tıq boy­kot qə­ra­rı ver­di. Bu ba­rə­də Mil­li Şu­ra­nın səd­ri Cə­mil Hə­sən­li öz "Feys­buk" sə­hi­fə­sin­də ya­zıb. Onun söz­lə­ri­nə gö­rə, Mil­li Şu­ra­nın Ko­or­di­na­si­ya Mər­kə­zi­nin ge­niş bə­ya­na­tı elan edi­lə­cək.

Ba­xar­sı­nız, bu seç­ki­dən son­ra dü­şər­gə­də və­ziy­yət bir qə­dər də gər­gin­lə­şə­cək. Seç­ki­ni boy­kot edən­lər seç­ki­yə ge­dən­lər ba­rə­də elə söz­lər de­yə­cək­lər ki, qu­laq­lar ol­sun eşit­mə­sin. Tə­bii ki, de­dik­lə­ri­nin beş qat ar­tıq ca­va­bı­nı da ala­caq­lar.

Mil­li Şu­ra­nın boy­kot qə­ra­rı­na ha­kim par­ti­ya­dan əlüs­tü bir re­ak­si­ya gəl­di. YAP-ın Si­ya­si təh­lil və proq­noz­laş­dır­ma şö­bə­si­nin mü­di­ri, de­pu­tat Ay­dın Mir­zə­za­də pre­zi­den­tin növ­bə­dən­kə­nar seç­ki­lər­lə bağ­lı sə­rən­ca­mı­nın Kons­ti­tu­si­ya tə­ləb­lə­ri­nə uy­ğun və ta­ma­mi­lə qa­nu­ni bir sə­nəd ol­du­ğu­nu de­yə­rək, növ­bə­dən­kə­nar seç­ki­lə­rin ke­çi­ril­mə­si park­ti­ka­sı dün­ya­da ge­niş ya­yıl­dı­ğı­nı bil­di­rib. De­yir ki, bu, Azər­bay­can­da bi­rin­ci də­fə ke­çi­ril­di­yin­dən xü­su­si ma­raq­la qar­şı­la­nır. "Pre­zi­dent, ya da par­la­ment seç­ki­lə­ri­nin nə vaxt ke­çi­ril­mə­si cid­di si­ya­si qüv­və­lər üçün bö­yük əhə­miy­yət da­şı­mır. Çün­ki seç­ki­lə­rə ha­zır­lıq tək seç­ki pro­se­si müd­də­tin­də de­yil, uzun il­lə­rin fəa­liy­yə­ti­nin nə­ti­cə­si olur".

Kim­lə­rin­sə seç­ki­də iş­ti­rak et­mə­mək ba­rə­də bə­ya­na­tı­na gə­lin­cə, Mir­zə­za­də bil­di­rib ki, bu, on­la­rın seç­ki­yə ha­zır­laş­ma­dı­ğı­nı, hər han­sı bir cid­di so­si­al ba­za­la­rı­nın ol­ma­dı­ğı­nı bir da­ha sü­but edir. "Seç­ki­lə­rin önə çə­kil­mə­si­nin sə­bəb­lə­ri ba­rə­də rəs­mi dai­rə­lər tə­rə­fin­dən ki­fa­yət qə­dər ay­dın mə­lu­mat ve­ri­lib. 11 ap­rel­də seç­ki­lə­rin de­mok­ra­tik şə­ra­it­də baş tut­ma­sı­na heç bir şüb­hə yox­dur".

YAP-çı de­pu­tat he­sab edir ki, kim­lə­rin­sə boy­kot ba­rə­də ça­ğı­rış­la­rı on­la­rın seç­ki­yə ha­zır ol­ma­dıq­la­rı­nın gös­tə­ri­ci­si­dir. "Bu gün on­la­rın cə­miy­yə­tə təq­dim et­mə­yə proq­ram­la­rı, cə­miy­yə­ti bir­ləş­di­rə­cək na­mi­zəd­lə­ri yox­dur.  Azər­bay­ca­nın prob­lem­lə­rin­də iş­ti­ra­kı ilə bağ­lı hər han­sı bir kon­sep­si­ya­sı möv­cud de­yil. Bu ba­xım­dan on­la­rın bə­ya­nat­la­rı­nı cid­di qə­bul et­mək ol­maz. Azər­bay­can cə­miy­yə­ti seç­ki­yə cid­di su­rət­də kök­lə­nib".

Vəs­sa­lam. Gu­ya, bun­la­rın seç­ki­yə get­mə­mə­yi­lə nə­sə həll olu­na­caq...
Qalib İbrahimoğlu...
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube