•  – Ağcabədidə yeni məktəb binasının tikintisinə 1 milyon manat ayrılıb 
  •  – "Nazir olmaq istəmirdim, amma..." - Misir Mərdanov 
  •  – Prezident sərəncam imzaladı 
  •  – Səhiyyə Nazirliyi tütündən istifadənin nəticələrindən qorunma sahəsində dövlət siyasətini və dövlət nəzarətini həyata keçirəcək 

"WhatsApp"da peyğəmbəri təhqir etdiyinə görə ölüm cəzası aldı

Pakistanda 35 yaşlı xristian Nadim Ceyms edam cəzasına məhkum edilib. Buna səbəb kimi onun "WhatsApp" messencerində yazdıqlarının Məhəmməd peyğəmbərə təhqir kimi qiymətləndirilməsi olub.

Shefeq.Az virtualaz.org-a istinadən xəbər verir ki, Nadim Ceyms öz tanışına "WhatsApp" vasitəsilə şeir göndərib. Həmin şəxs isə bununla bağlı polisə məlumat verib.

Hökm sentyabrın 15-də ölkənin Qucarat şəhərində verilib. N.Ceymsin vəkili apelyasiya şikayəti ilə məhkəməyə müraciət edib. Onun sözlərinə görə, aralarında qız üstündə mübahisə düşdüyündən, şikayət ərizəsi vermiş şəxs, sadəcə olaraq, böhtan atıb. Vəkil bildirib ki, iddiaçıya xristian kişinin müsəlman qızla görüşməsi xoş gəlməyib.

Yerli hüquq müdafiəçiləri deyir ki, Pakistanda dinə təhqir ittihamları əksər hallarda şəxsi qərəz əsasında böhtanlar üçün istifadə edilir.

Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube