Baxış sayı: 586
6-11-2016, 18:30

Qadın  və kişi bərabərliyi haqqında qanun  Azərbaycanda 2006 ci ildə gəbul olunmushdu. Bu qanuna ölkədə böyük ehtiyac var idi. Ona gorə ki, qanun olmadiği bir vaxtda cəmiyyətdə dini, adət ənənə ganunlari daha ustun idi. Chox vaxt insanlar bu ganunu, bu problemi duzgun dərk etmirler. Əsasda kishilər.  Gender beraberliyi, fiziki,  fizioloji və ya cinsi bərabərliyi deyil. Gender bərabərliyi gadinin və kishinin huguglarinın eyni olmasidir. Məsələn əmək haggi, təhsil almagda, işə duzələrkən, siyasətlə məshgul olarkən və s. Yəni insanin qadin cinsi oldugu ucün kishilərə daha ustun şərait yaratmagla diskriminasiyaya garşı olan ganundur. Və ya əksinə, kişilərin diskriminasiyaya məruz qalmaq məsələsi. Gender bərabərliyi və bu bərabərliyin pozulması haqda Qadın krizis mərkəzinin rəhbəri Mətanət Əzizova qeyd etdi:Bu gun Azerbaycanda gadin hər bir sahede diskriminasiyaya məruz galir. Qadin oldugu uchun işə gəbuldan imtina, iş yerində cinsi gisnamma, zorlama, əmək haqqının kishilərin əmək haqqından daha az olmasi, siyasətchilərin əksəriyyəti kishilər, nazirlər hamisi kishilər, olkənin idarə edilməsində kishilər. Gadin huguglari, gadin problemleri gender bərabərliyi olmayan olkələrdə daha gabarig olur. Bu ganun işləməsi gadinların və kişhilərin cəmiyətdə statuslarının eyniləşdirilməsidir. Bu gun bu ganun ishləmədiyinə gorə gadinlarin cəmiyətdə olan rolu demək olar ki yox səviyəsindədir. Qadin hech kəsdir, kishilər ustundur prinsipi ilə cəmiyətin əksər hissəsi bu cur yaşayır. Bu formalaşmış fikir ise gadinlara garşı zorakılığın artmasına  gətirir. Ne etmək? Ilk oncə gadinin cəmiyyetde rolunu artmaq lazimdir. Qadin milli məclisdə, siyasətdə, rəhbərlik postunda, və digər sahələrdə irəli çəkilməlidirlər.  Egər lap qısa dəsək siyasi marag olmalidir ki qanun işləsin.Dünyanın gender bərabərliyi göstəricisinə görə ən yaxşı 10 ölkəsi arasında birinci beş yeri İslandiya, Norveç, Finlandiya,İsveç və İrlandiya tutur. Birləşmiş Ştatlar bu siyahıda birinci 10 ölkə arasında deyil, 28-ci yeri tutur. Azərbaycan gender bərabərliyi indeksinə görə 145 ölkə arasında 96-cı yerdədir. Hesabata əsasən, son 10 ildə gender bərabərliyinin təmin olunması sahəsində irəliləyiş olsa da, qeyri-bərabərlik hələ də mövcuddur. Hesabatda göstərildiyi kimi 10 ildə genderlər arasında fərq 4 faiz azalıb. BMT-nin Qadın agenliyi (Gender Bərabəriyi və Qadınlara Bərabər İmkanların verilməsi üzrə qurum) gender bərabəriyini 2016-cı il Beynəlxalq Qadınlar gününün şüarına çevirilib. Agentlik 2030-ilə qədər gender bərabərilyinə nail olmağa və bu istiqamətində səyləri gücləndirməyə çağırır.         

  

 Gender bərabərliyi qadın dünyasının,onun ictimayətdə rolunun və cəmiyyətdə tutduğu mövqeyini tənzimləyən amillərdən ən önəmlisidir. Qadınların cəmiyyətdə rolunun yüksəltmək üçün müxtəlif qanunlar qəbul olunsada yenə qadın hüquqları pozulmaqda davam edir. Azərbaycan konstitusiyasında cinsindən, dinindən,irqindən asılı olmayaraq hər kəs eyni hüquqa malikdir. Qanuna görə qadın və kişi tutduğu ictimai ,siyasi və digər vəziyfədə işləməsindən asılı olmayaraq bərabər hüquqa malikdir. Bəs Azərbaycanda Gender Bərabərliyinin vəziyyəti, bu qanuna rayət olunub olunmaması hansı səviyyədədir. Bu haqda Şəki Yuxarı Baş qoruğunun drektoru,ADMİU-nun dokturantı Şəki MİHT-RK-nın Gender komisiyasının sədri Təranə Abdullayeva qeyd edir ki; Azərbaycan müxtəlif Beynəlxalq Konvensiyalara qoşulsada,müxtəlif qanunlar qəbul etsədə gender bərabərliyi pozulmaqda davam edir.Bərabərliyin pozulmasında bizim milli –mintalitetimiz əsas rol oynayır.Ailədə əsas rəhbər kişi sayıldığından qadının ictimayətdə rolunu və mövqeyini o tənzimləyir.Bu halları aradan qaldırmaq üçün qadın ailə qurmamışdan əvvəl təhsil almalı,ictimayətdə öz mövqeyini tutmalı və sonra ailə qurmalıdır. Gender bərabərliyi orta məktəbdən təbliğ olunmalıdır.Bunun üçün xüsusi dərslik hazırlanmalı və tədris olunmalıdır ki,uşaqlar hələ az yaşlarından bərabərliyi qəbul etsinlər və qadınlara hörmətlə yanaşsınlar. Qadınlar arasında sahibkarlığın inkişaf etməməsində əsas rollardan biri milli –mintlitet və gender bərabərliyinin pozulmasıdır.Bunun üçün dövlət proqramı hazırlanmaı və sahib- karlıqla məşğul olmaq istəyən qadınlara xüsusi imtiyazlar verilməlidir. Mövcud vəziyyəti ictimayətə çatdırılmasında medianın rolunu mən qeyri kafi qiymətləndirərdim.Belə ki, son illərdə Azərbaycanın əsasən cənub bölgələrində qadınların hüquqlarının pozulması qeydə alınır.Bu hallar ölkənin digər bölgələrində də baş verir.Media yalnız infarmasiya xarakterli məlumatla kifayətlənir. Ancaq bu olayların hardan qaynaqlandığını necə yayıldığını araşdırmaq və ictimayətə təqdim etmək medianın boynuna düşür. Bu istiqamətdə təsadüf yazılara rast gəlmək olar. Əsasən media Gender Bərabərliyi haqda məqalələri hansısa QHT- nin Bakıda və ya rayon mərkəzlərində keçirdiyi tədbirlər haqda yazır.Belə tədbirlərdə adətən eyni insanlar iştirak edir.Bu da qanunun tam ictimayətə əsasən kənd sakinlərinə media ilə əlaqəsi olmayan insanlara çatmamasına səbəb olur.Demək olar ki,onların keçirilən tədbirlər haqda heç bir məlumatı olmur.Əgər götürsək TV-ləri ordada dəyərli bir materiala rast gəlmək mümkün deyil.Bütün bunları aradan qaldırmaq və ictimayətə Gender Bərabərliyi haqda geniş məlumat çatdırmaq üçün kəntdən başlamaq lazımdır.Bunun üçün hər bir jurnalist kəndlərdə olmalı əhalinin sosial iqtisadi durumu və qadın kişi münasibətlərini öyrənməlidir.Ondan sonra Gender Bərabərliyi haqda məqalələr yazaraq ictimayəti mövcud vəziyyətlə tanış edə bilər. Azərbaycanda Gender bərabərliyi haqda fikirini bildirən Yazıçılar ittifaqının Şimal –Qərb bölgəsinin rəhbəri şair Vaqif Aslan qeyd edir ki,Azərbaycanda gender bərabərliyi pozulmasında fərdlər rol oynayır ümumi cəmiyyət yox.Fərdlərdə öz maraqlarından çıxış edir.Bu da təkcə Azərbaycanda yox bütün dünyada belədir.Bu ümumi problemdir.Bunu aradan qaldırmaq üçün elə siz media işçiləri çox çalışmalısınız. Gender bərabərliyi əsasən rayon və kənd yerlərində pozulur.Böyük şəhərlərdə bu problem qismən aradan çıxıb.Ancaq qadın kişi münasibətlərində bizə mane olan bir amili də nəzərdən qaçırmaq olmaz.Hər yerdə ağız dolusu dediyimiz milli mintalitet.Eələ bil bu kəlmələr bir kəndir olaraq ictimayətin ayağına bağlanıb, qabağa getməyə mane olur.Gender Bərabərliyində bu amili ortadan çıxarmaq üçün mediya çox işlər görməli bölgələrdə,kəndlərdə olmalı əhali ilə yaxından təmasda olub, onların şurlarında inqilab yaratmalıdırlar.Həm də QHT-lərdə bu işlə mediya nümayəndələri ilə birlikdə olmalıdırlar.Əsasəndə kənd yerlərində qadın kişi münasibətləri olduqcq quldarlıq dövrünü xatırladır.Sahədə də qadın ev işlərindədə qadın kişilər isə axşama kimi çayxanada nərd damino oynamaqla günlərini keçirir. Ölkədə nə qədər infarmasiya texnologiyaları artsa da qadın kişi münasibətləri haqda işlər zəif gedir.Bunu aradan qaldırmaq üçün bölgələrə kəndlərə üz tutmaq lazımdır.Kənd əhalisinin 95% mətbuatdan uzaqdır.Onları yenidən oxucu qismində geri qaytarmaq üçün kənd sakinlərinin yanında olmaq lazımdır.


Sadıq Fətəliyev