•  – Bu gün Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq 
  •  – Baş nazir icra başçılarına çağırış etdi 
  •  – Türkmənistan Prezidentinin rəsmi qarşılanma mərasimi olub 
  •  – Bu həftə yeni çağırış Milli Məclis ilk iclasına toplanacaq 

Avropada koronavirusdan ölən ilk məktəbli

Fransada 16 yaşlı Culiya koronavirusa yoluxaraq vəfat edib.

Shefeq.az qafqazinfo-ya istinadən xəbər  verir ki, yeniyetmə martın 23-də yaşadığı Lonjmuyo şəhərində tənəffüs narahatlığına görə xəstəxanaya aparılıb. Lakin məktəblinin vəziyyəti daha da ağırlaşdığından Parisdə özəl xəstəxanalardan birinə yerləşdirilib. Həkimlərin bütün müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Bununla da o, Avropada COVİD-19-a görə həyatını itirən ilk yeniyetmə kimi tarixə düşüb.


Culiyanın ailəsi KİV-ə açıqlamasında qızlarının buna qədər hər hansı xroniki xəstəlik keçirmədiyini, xəstəliyin öskürəklıə başladığını və onda başqa bir simptom olmadığını bildirib.

Qeyd edək ki, ÜST-ün son statistikasına görə, Fransada 32,964 nəfər sözügedən virusa yoluxub, onlardan 1995-i ölüb.

5700 nəfər xəstəlikdən sağalıb.
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube