•  – Baş nazir icra başçılarına çağırış etdi 
  •  – Bu həftə yeni çağırış Milli Məclis ilk iclasına toplanacaq 
  •  – VI çağırış Milli Məclisin deputatları - SİYAHI 
  •  – Türkiyə və Fransa Pezidentlərinin telefon danışığı olub 

Bakıda qeysəriyyə əməliyyatından sonra körpə öldü - Foto

Bakıda qeysəriyyə əməliyyatından sonra uşaq vəfat edib. 
Axşam.az “qafqazinfo”ya istinadən xəbər verir ki, vətəndaş Qalib Salahov bildirib ki, qızı Ayşən Əfqanlı Gömrük Hospitalının həkimi Nərmin Muradovanın pasiyenti olub:
“Hamiləlik vaxtı bütün müayinə və doppler analizləri aparılmışdı. Bizə deyilmişdi ki, təbii doğuş aprelin 18-də olacaq. Amma martın ortasında həkim Nərmin Muradova qızıma deyib ki, apreldə mən Azərbaycanda olmayacağam, gəl indi əməliyyatla uşağı götürək. Ama uşağın əməliyyatla götürülməsi üçün heç bir tibbi səbəb olmayıb.
Martın 19-da Gömrük Hospitalında əməliyyat olunub və uşağın ağciyərləri açılmamış həkim onu götürüb. Buna görə də körpədə xəstəliklər yaranıb. Onu küvezə yerləşdirdilər və bu formada müalicəsinin davam etdirilməsi üçün bizdən 4 min manat istədilər. O pulu verməyə imkanımız çatmadığı üçün uşağı OMD xəstəxanasəna köçürdük.
Körpə əməliyyat vaxtı aldığı travmalara görə martın 23-də orada vəfat etdi. Mənim nəvəm həkimin acgözlüyü nəticəsində öldü. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişəm, araşdırma aparılır”.
Həkim Nərmin Muradova

Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube