•  – İşçi qrupun rəhbəri: "Prezidentin dövlət səfəri Azərbaycan-İtaliya hərbi əməkdaşlığını gücləndirəcək" 
  •  – Nazir müavini: "Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinin tərəfdarıyıq" 
  •  – MSK daha 5 məntəqənin nəticələrini LƏĞV ETDİ 
  •  – Ağ Ev: Tramp Ərdoğanla telefon danışığında İdliblə bağlı narahatlığını çatdırıb 

17 yaşlı tələbə qızı qaçıran kişi efirə gəldi: "Mən onu cəmi üç dəfə görmüşəm"

17 yaşlı tələbəni qaçıran evli kişi efirə gəlib.

Sonxeber.az xəbər verir ki, Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verlişində qalmaqal yaşanıb.  
Belə ki, tələbəni aldadıb qaçıran Elşən bildirib ki, Səliha ilə cəmi 3 dəfə görüşüb: "Onun adını belə bilmirəm. O vaxtlar taksi şoferi işləyirdim. Səliha ilə yolda tanış olmuşam. Mən onunla heç bir yerdə yaşamamışam. Səliha mənə demişdi ki, kafedə işləyir. Mən heç onun hamilə olduunu bilmirdim. Uşaq məndən deyil".

Səliha bildirib ki, Elşən yalan danışır: "Elşən mənə deyirdi ki, uşaq evində böyüyüb. Biz onunla Lökbatanda və 28 may metro stansiyası ətrafındakı evlərin birində kirayədə yaşayırdıq. Hamiləliyimin 3-cü ayında Elşənə hamilə olduğumu söylədim. O isə mənə dedi ki, uşaq mənə maraqlı deyil, get nə edirsənsə, et!".

Elşənin həyat yoldaşı Məryəm canlı yayıma bağlanıb.

O, bildirib ki, Elşənlə evliliyimizdən 3 uşaq var: "Elşən elə gecə olmayıb ki, evdə olmasın. Əgər həqiqətən Elşən onunla qalırdısa, axşamlar evdə olan kim olub?"
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube