•  – İşçi qrupun rəhbəri: "Prezidentin dövlət səfəri Azərbaycan-İtaliya hərbi əməkdaşlığını gücləndirəcək" 
  •  – Nazir müavini: "Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinin tərəfdarıyıq" 
  •  – MSK daha 5 məntəqənin nəticələrini LƏĞV ETDİ 
  •  – Ağ Ev: Tramp Ərdoğanla telefon danışığında İdliblə bağlı narahatlığını çatdırıb 

Azərbaycandan Avropaya fındıq aparan 10 maşın geri qaytarılıb

Ölkəmizdən qida məhsullarının ixracında əhəmiyyətli artım əldə olunub.

Shefeq.az Trend-ə istinadən xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, ötən il ərzində 23 138 ton fındıq müvafiq sertifikatlarla (qida təhlükəsizliyi sertifikatı, fitosanitar sertifikatı) təmin olunaraq ixrac edilib.

Ölkəmizdən Avropa İttifaqına ixrac olunan fındıqdan 10 nəqliyyat vasitəsi, 2018-ci ildə isə 18 nəqliyyat vasitəsi tərkibində aflotoksinin miqdarının yüksək olması səbəbindən geri qaytarılıb. 2018-ci ilin ilk yarısında 17, ikinci yarısında isə (Agentlik fəaliyyətə başladığı dövrdə) cəmi 1 avtonəqliyyat vasitəsi geri qaytarılıb. Ötən il ərzində 28 573.2 dkl şərab məhsulu qida təhlükəsizliyi sertifikatı ilə təmin olunaraq, əsasən Aİ ölkələrinə, eləcə də Rusiya və Çinə ixrac olunub. 2019-cu il ərzində 580 934 ton meyvə tərəvəz, o cümlədən 61 089 ton kartof müvafiq sertifikatla təmin olunaraq ixrac edilib. Həmin meyvə və tərəvəz məhsullarından cəmi 8 avtonəqliyyat vasitəsi ixrac olunduğu ölkələrdən geri qaytarılıb.

Q.Təhməzli qeyd edib ki, b u meyvə tərəvəz məhsullarının ümumi ixracının 0,02 %-ni təşkil edir:"Bunlar ciddi göstəricilərdir və Azərbaycan qida məhsullarının etibar qazanmasının bariz göstəricisidir".
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube