•  – Prezident SƏRƏNCAM imzaladı 
  •  – Gülər Əhmədovanın deputatlığa namizədliyi qeydə alınmayıb 
  •  – Bu ay pensiyalar yenidən artırılacaq - Nazir AÇIQLADI 
  •  – 20 Yanvar əlillərinə birdəfəlik maddi yardım ayrılıb 

Azərbaycana yeyinti məhsullarının idxalı 20% artıb

2019-cu ildə Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 1 644 360,26 min ABŞ dollarına bərabər olub.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalarına görə, yeyinti məhsulları üzrə idxalın həcmi 2018-ci ilə nisbətən 20% çoxdur.
Ümumiyyətlə, ötən ildə yeyinti məhsullarının ümumi ölkə idxalında çəkisi 12% təşkil edib.
Hesabat dövründə ölkəyə 79 448,10 min dollar dəyərində 51 546,78 ton ət idxal edilib ki, bu da 2018-ci ilin göstəricisini müvafiq olaraq 13,3 və 8,7% üstələyir. Ötən il ərzində ölkəyə 14 374,42 min dollar dəyərində (artım – 13,6%) 9 min tondan çox (5,1% az) süd idxal olunub.
2019-cu ildə ölkəyə həmçinin 71 576,60 min dollar dəyərində 14 tondan çox kərə yağı və süddən hazırlanan digər yağlar idxal olunub ki, bu göstərici üzrə 2018-ci illə müqayisədə həcm olaraq 15,8%, dəyərində isə 2,7% artım müşahidə olunub.
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube