•  – İlham Əliyev Türkmənistana getdi 
  •  – SON DƏQİQƏ! Azərbaycanın yeni Baş naziri TƏYİN EDİLDİ 
  •  – Artur Rasizadə: Elə bilirlər ki, Baş nazir olmaq asandır 
  •  – SON DƏQİQƏ! Milli Məclis bu gün yeni Baş nazir seçəcək 

Sevinc Abbasovaya cəza istəniləcək

Səbail Rayon Məhkəməsində məktəbdə intihar edən şagird Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən direktor Sevinc Abbasovanın növbəti məhkəməsi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, prosesdə Təhsil Nazirliyinin nümayəndəsi Elmar Kərimov çıxış edərək onlara qaldırılmış mülki iddianın təmin edilməməsini istəyib.

Vəkillər vəsatət verərək Sevinc Abbasovanın şahidlərə təzyiq etdiyini əsas gətirərək onun həbs edilməsini istəyiblər. Lakin məhkəmə vəsatəti təmin etməyib.

Prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub. Dövlət ittihamçısı çıxış edərkən Sevinc Abbasovaya cəza istəmək üçün məhkəmədən vaxt istəyib.

Proses oktyabrın 16-da davam etdiriləcək.
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube