•  – İlham Əliyev Türkmənistana getdi 
  •  – SON DƏQİQƏ! Azərbaycanın yeni Baş naziri TƏYİN EDİLDİ 
  •  – Artur Rasizadə: Elə bilirlər ki, Baş nazir olmaq asandır 
  •  – SON DƏQİQƏ! Milli Məclis bu gün yeni Baş nazir seçəcək 

Bakıda maşınların sayı 50 min azalacaq - Bu qadağaya görə

Bu gündən etibarən paytaxtın şimal və cənub girişlərindən rayon qeydiyyatında olan avtomobillərin girişinə olan qadağaya nəzarət daha da gücləndirilir.

Shefeq.az xezerxeber.az-a istinadən xəbər verir ki, bu məqsədlə yol polisi gücləndirilmiş rejimdə işləyir.

Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev rayon qeydiyyatı olan avtomobillərin paytaxta buraxılmaması ilə bağlı son vəziyyəti açıqlayıb. Bu üsulla paytaxdakı avtomobil sayının günlük ən azı 50 min azalacağı gözlənilir.

Kamran Əliyev Bakıda avtomobillə çox vacib işi olan rayon sakinlərinin problemlərini həll etmək üçün də kifayət qədər şəraitin yaradıldığını bildirib.

Rayon qeydiyyatında olan avtomobillərə gündüz vaxtı şəhər daxilində rast gəlinərsə, onlar paytaxdan çıxarılacaq. Bu zaman sürücülərə cərimə protokolu yazılmayacaq.

Baş Dövlət Yol Polis İdarəsinin rəsmisi IV İslam Həmrəyliyi Oyunları ilə bağlı paytaxtın sarı zolaq çəkilən küçələrində yerləşən iş yeri sahiblərinə və həmin ərazidə avtomobillərini park edən sürücülərə də müraciət ünvanlayıb. Zolaqların birində hərəkət məhdudlaşdırıldığı üçün bu ərazilərdə avtomobil park edənlərin maşınlarını ya binaların həyətində saxlamaları, ya da işə ictimai nəqliyyatla gəlmələri tövsiyə olunub.
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube