•  – İlham Əliyev Türkmənistana getdi 
  •  – SON DƏQİQƏ! Azərbaycanın yeni Baş naziri TƏYİN EDİLDİ 
  •  – Artur Rasizadə: Elə bilirlər ki, Baş nazir olmaq asandır 
  •  – SON DƏQİQƏ! Milli Məclis bu gün yeni Baş nazir seçəcək 

Mübariz İbrahimovun ev muzeyi açılır - FOTO

Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi açılır.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, muzey istifadəyə verildikdən sonra qəhrəmanın yaşadığı evdə saxlanılan şəxsi əşyaları burada sərgilənəcək.

Azərbaycanın Milli Qəhrəmanı M.İbrahimovun ev muzeyi doğulub boya-başa çatdığı rayonun Əliabad kəndindəki ata evinin həyətində inşa olunub. Mart ayından başlanan tikinti işləri artıq tamamlanmaq üzrədir.

Bir mərtəbədən ibarət olan muzeyin sərgi zalında Milli Qəhrəmana aid eksponatlar yer alacaq. Muzeyə gələn ziyarətçilərin rahatlığı üçün zalda isitmə və soyutma sistemləri quraşdırılıb. Eləcə də, M.İbrahimovun həyatı barədə maraqlı məqamları qeyd etmək istəyənlər üçün burada stol, stul yerləşdirilib.

Dövlət dəstəyi ilə tikilən muzey yaxın günlərdə istifadəyə veriləcək.

Mübariz İbrahimovun ev muzeyi açılır - FOTO
Mübariz İbrahimovun ev muzeyi açılır - FOTO
Mübariz İbrahimovun ev muzeyi açılır - FOTO
Mübariz İbrahimovun ev muzeyi açılır - FOTO
Mübariz İbrahimovun ev muzeyi açılır - FOTO
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube