•  – İlham Əliyev Türkmənistana getdi 
  •  – SON DƏQİQƏ! Azərbaycanın yeni Baş naziri TƏYİN EDİLDİ 
  •  – Artur Rasizadə: Elə bilirlər ki, Baş nazir olmaq asandır 
  •  – SON DƏQİQƏ! Milli Məclis bu gün yeni Baş nazir seçəcək 

Valideynlərin diqqətinə! - Bu məktəbli çantalarını almayın, övladınızı şikəst edə bilər

Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb.

Türkiyəli həkim, professor Ayşe Nur Bardak övladını məktəbə yola salacaq valideynlərə uşaqların onurğa sağlamlığı ilə bağlı vacib məsləhətlər verib.

Ayşe Nur Bardak bildirib ki, bu məsələdə əsas diqqət edilməli məqam məktəbli çantasının çəkisidir. Belə ki, məktəbli çantası və içindəki əşyalarının ümumi çəkisi uşağın bədən çəkisinin 10 faizindən çox olmamalıdır:

"Bədən çəksinin 10 faizindən çox ağır olan məktəbli çantaları uşaqlarda yorğunluq, boyun, çiyin və bel ağrısına, ağciyərin normal fəaliyyətinin pozulmasına səbəb olur. Bütün bu problemlərin qarşısını almaq üçün məktəbli çantasını düzgün seçmək və istifadə etmək vacibdir". Məktəbli çantasının bir çox modeli olduğuna diqqət çəkən professor bildirib ki, ən yaxşı seçim kürəyə asılan və çəkilə bilən təkərli çantalardır: "Məktəbli çantası seçərkən yüngüllüyünə və üzərindəki ağırlıqsız bəzək əşyalarına diqqət etmək lazımdır. Kürəyə asılan çantalar iki geniş qayışlı, bel kəməri və süngər dəstəyi ilə erqonomik olmalıdır. Dar və sıx qayışlar çiyin ətrafındakı sinirləri sıxaraq əllərdə və qollarda uyuşmaya səbəb olur".(redaktor)
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube