Baxış sayı: 108
24-12-2016, 13:59

Abşeronda və Yasamalda partlayıcı oyuncaq satıldığı müəyyən edilib.

Shefeq.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən Abşeron rayonu ərazisində səyyar ticarətlə məşğul olan Babək Məmmədovdan və Kənan Kazımovdan, Yasamal RPİ əməkdaşları tərəfindən isə rayon ərazisində səyyar ticarətlə məşğul olan Saatlı rayon sakini Nəsiman Mirzəyevdən yüksək səsyayıcı xüsusiyyətə malik, ümumilikdə 25000 ədəd partlayıcı oyuncaq götürülüb.