•  – Prezident icra başçısı ilə bağlı SƏRƏNCAM İMZALADI 
  •  – Prezident Mikayıl Cabbarova daha bir vəzifə verdi - SƏRƏNCAM 
  •  – Deputatlar şərabla bağlı təklif irəli sürdülər: "Şadlıq saraylarında..." 
  •  – Millət vəkili: "Nazirlərin mülkləri satılsın, pulları şəhid ailələrinə verilsin" 

Tərtərdə mi̇naya düşüb bir ayağını itirən 22 yaşlı Azadın FOTOLARI

Oktyabrın 11-də səhər saatlarında Tərtər rayonunun Həsənqəya kəndi ərazisindəki neytral zonada minaya düşərək ağır yaralanan 1996-cı il təvəllüdlü Azad Kamandar oğlu Həsənov xəstəxanadan evə buraxılıb.

Shefeq.az xəbər verir ki, bu barədə a24.az-a onun qardaşı Ceyhun Həsənov məlumat verib. O bildirib ki, A.Həsənov dekabrın 3-də müalicə aldığı Respublika Yanıq Mərkəzindən (5 saylı Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsi) evə buraxılıb.

“Hazırda vəziyyəti normaldır. Demək olar ki, səhhəti 70 faiz yaxşılaşıb. Bundan sonra ev şəraitində müalicə olunacaq. Yeməyində və içməyində də müəyyən qədər irəliləyişlər var. Yaxın vaxtlarda amputasiya olunan ayağının protezlə əvəz olucağını bildiriblər. Görək, hələ nə olur”.

Qeyd edək ki, oktyabrın 11-də Kəlbəcər rayonundan məcburi köçkün olan 1996-cı il təvəllüdlü Azad Həsənov Həsənqaya kəndi ərazisindəki neytral zonada minaya düşdükdən sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun müalicəsi noyabrın 30-da Respublika Yanıq Mərkəzində davam etdirilib.


Xatırladaq ki, bu, Azad Həsənovun ailəsində yaşanan ilk faciə deyil. Belə ki, 2016-cı ilin aprel döyüşləri ərəfəsində ermənilərin Həsənqaya kəndini artilleriya atəşinə tutması nəticəsində Azadın 16 yaşlı bacısı Həsənova Turanə Kamandar qızı həlak olmuşdu.
Tərtərdə mi̇naya düşüb bir ayağını itirən 22 yaşlı Azadın FOTOLARI
Tərtərdə mi̇naya düşüb bir ayağını itirən 22 yaşlı Azadın FOTOLARI
Tərtərdə mi̇naya düşüb bir ayağını itirən 22 yaşlı Azadın FOTOLARI
Tərtərdə mi̇naya düşüb bir ayağını itirən 22 yaşlı Azadın FOTOLARI
Tərtərdə mi̇naya düşüb bir ayağını itirən 22 yaşlı Azadın FOTOLARI
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube