Baxış sayı: 117
23-12-2016, 15:08

Bakı şəhər İcra Hakimiyyəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında "Bakıdövlətlayihə" Institutu tərəfindən hazırlanmış "Bakı şəhərinin Ərazidən İstifadə Zonalaşdırma Planı/Baş plan" layihəsinə münasibət bildirib.

İcra Hakimiyyətindən Milli.Az-a verilən məlumata görə, dekabrın 22-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında "Bakıdövlətlayihə" Institutu tərəfindən hazırlanmış "Bakı şəhərinin Ərazidən İstifadə Zonalaşdırma Planı/Baş plan" layihəsinin müzakirəsi keçirilmışdir.

Bununla bağlı, Bakı şəhər icra Hakimiyyəti rəsmi olaraq bildirir ki, müzakirəyə çıxarılan layihədə şəhərin sosial-iqtisadi inkişafının bir çox istiqamətləri öz əksini düzgün tapmamışdır.

Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında "Bakıdövlətlayihə" Institutunun direktoru İlqar İsbatov jurnalistlərə verdiyi açıqlamasında bəzi məqamlar (Abşeron yarımadasında Ələt qəsəbəsi ərazisində ikinci sərnişin hava limanının tikilməsi, Xırdalan şəhərində metropolitenin yeni stansiyasının inşası, çoxlu sayda yaşayış evlərinin sökülməsi və s.) reallıqdan uzaqdır və tam əsassızdır. Bu layihələr heç bir aidiyyəti dövlət qurumu ilə razılaşdırılmamış, lazımi ekspertizadan keçirilməmiş və ölkə rəhbərliyinə məruzə edilməmişdir.

Beləliklə, Bakı şəhər İcra Hakimiyyəti bəyan edir ki, təqdim edilən layihə rəsmi sənəd kimi qəbul edilə bilməz.