•  – Prezident icra başçısı ilə bağlı SƏRƏNCAM İMZALADI 
  •  – Prezident Mikayıl Cabbarova daha bir vəzifə verdi - SƏRƏNCAM 
  •  – Deputatlar şərabla bağlı təklif irəli sürdülər: "Şadlıq saraylarında..." 
  •  – Millət vəkili: "Nazirlərin mülkləri satılsın, pulları şəhid ailələrinə verilsin" 

"Mal-qara otarmaqla çörək pulu qazanırdı" - Tərtərdə minaya düşən Azadın qardaşı danışdı

Xəbər verdiyimiz kimi, Tərtər rayonu Həsənqaya kənd sakini Azad Həsənov neytral zonada minaya düşüb.

Bununla bağlı BiG.AZ-a açıqlama Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi İlqar Qasımov bildirib ki, mətbuatda getdiyi kimi Azad Həsənli 1986 deyil, 1996-cı i təvəllüdlüdür. O, Kəlbəcər rayonun Təkəqaya kənd sakinidir. Hazırda ailə Tərtər rayonun Həsənqaya kəndində məcburi köçkün kimi məskunlaşıb. Aprel ayında da bacısı Türanə Həsənli Kamandar qızı vəfat etmişdi. Azadın bədənində aşağı və yuxarı ətraflarında çoxlu sayda qəlpə yaraları var. Sağ ayaq pəncəsi amputasiya olunub. O, tank əleyhinə minaya düşüb. Hadisə səhər saat 10-11 radələrində baş verib. Kəskin duman olub. Hara getdiyini bilməyib. Hazırda Azad Bərdə Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunur. Rayon səviyyəsində bu ailəyə yardım olunur. Xəstəxanaya rayon başçısı və polis rəisinin şəxsən özü gələrək Azadın anası Laləzar Həsənova ilə görüşüb. Bundan əlavə xəstəxananın baş həkimi ilə görüşüb lazımi tapşırıqlarını veriblər. Hazırda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tərtər rayon üzrə nümayəndəsi, mən və müavinim xəstəxanadayıq. Tərəfimizdən nə kömək lazım olsa edəcəyik”. 


Azadın qardaşı Vüsal Həsənov bildirib ki, qardaşı bu səhər saat 10-11 arası minaya düşüb: “Onun heç bir təhsili yoxdur. Mal-qara otarmaqla çörək pulu qazanırdı. Ailədə 7 uşaq idik. Bacım aprel döyüşlərində şəhid olub, 6 uşaq qalmışıq. Hazırda qardaşımın sağ-salamat əməliyyatdan çıxmasını gözləyirik”. 

"Mal-qara otarmaqla çörək pulu qazanırdı" - Tərtərdə minaya düşən Azadın qardaşı danışdı
Azadın Aprel döyüşlərində şəhid olan bacısı 
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube