Baxış sayı: 95
17-12-2016, 15:18

Azərbaycanda 2017-ci ildə Milli Turizm Təbliğat Bürosu yaradılacaq.

 

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə əksini tapıb.

 

Büronun yaradılması Mədəniyyət və Turizm Nazirliyinə tapşırılıb. Büronun fəaliyyəti nəticəsində 2020-ci ildə 5 milyon manat birbaşa və 5 milyon manat dolayı olmaqla, ümumilikdə 10 milyon manat əlavə dəyər yaranması proqnozlaşdırılır. Bakıda mehmanxana və mehmanxana tipli müəssisələrdə xarici ölkə vətəndaşları üzrə gecələmə sayının 2015-ci il üzrə təxminən 0,8 milyon gecədən 2020-ci il üzrə ən azı 3,65 milyon gecəyədək artırılacaq. Bütün əsas tədbirləri əlaqələndirmək üçün Bakı şəhəri üzrə turizm təqvimi də yaradılacaq.