•  – Prezident icra başçısı ilə bağlı SƏRƏNCAM İMZALADI 
  •  – Prezident Mikayıl Cabbarova daha bir vəzifə verdi - SƏRƏNCAM 
  •  – Deputatlar şərabla bağlı təklif irəli sürdülər: "Şadlıq saraylarında..." 
  •  – Millət vəkili: "Nazirlərin mülkləri satılsın, pulları şəhid ailələrinə verilsin" 

Türkiyə Tiflis sərgisinə yeni dizayn və mədəni zənginlikləri ilə qatılıb

Türkiyə Gürcüstanda keçirilən 20-ci Tiflis Beynəlxalq Qafqaz Turizm Sərgisində (Ekspo Georgia 2018) geniş heyətlə təmsil olunur.
Aprelin 12-dən 14-dək davam edən tədbirdə Türkiyədən AYB Holidays, Nevşehir, Artvin, Trabzon mədəniyyət və təbliğat büroları, Alanya Turizm Təbliğatı Vəqfi kimi təşkilat və şirkətlər iştirak edir.

Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət müşavirliyindən verilən məlumata görə, qonşu Gürcüstanda ölkənin turizm potensialını daha dolğun və cəlbedici tanıtmaq məqsədilə sərgidə zəngin milli folklar nümunələri təqdim olunub.

Sərgidə yeni tərtibatda hazırlanan Türkiyə pavilyonunu ziyarət edənlər ənənəvi üsulla hazırlanan türk qəhvəsi ilə lokum, paxlava kimi dadlı təamlara qonaq edilib. 

Eyni zamanda, ziyarətçilər zərgər Feridun Pekeş, çini (dulusçuluq) ustası Sevgi Vardanlı İnal və digər sənət ustaları tərəfindən əl işlərinin hazırlanması ilə yaxından tanış olublar. 

Bundan başqa, sərgi ərzində Türkiyənin məşhur musiqi sənətçisi Udi Serkan Ünun ifasında hər gün canlı musiqi proqramları təqdim olunub. Həmçinin, Türkiyə ziyarətçilər arasında “Şans qutusu” lotereya oyunu keçirib. 
Hər gün qutudan adı çıxan 2 nəfərə Tiflis-İstanbul aviabileti hədiyyə olunub. Sərgiyə qatılan Türkiyə burada zəngin təbiəti, tarixi və turistik dəyərlərini göz önünə gətirərək kökləri minillər əvvələ gedən və günümüzə qədər yaşayan yüzlərlə mədəniyyəti də bir arada yaşatdığını göstərib. Stendi gəzənlər, Türkiyənin yaşayan əhəmiyyətli ənənəvi sənətlərindən olan Cam işləmə, İznik cini sənətlərinin məşhur ustaları tərəfindən necə edildiyini gördülər və yaxından tanıdılar. Yarmarkada gündə 4 dəfə canlı musiqi ifaları keçirildi. Türkiyənin musiqi sənətçiləri Udda Serkan Ün və Neyzen Sinan çıxış etdi.
Bakı Mədəniyyət və Turizm Müşavirliyi bu il turizm sərgisində kiçik bir mədəniyyət festivalı təşkil edib.  Bunun üçün də bu il yenə gürcü turizminin nümayəndələri iləTürk Turizm və iş adamları arasında bir “work-shop” edilib.
Ənənəvi Türk Çini və İznik Çini sənətçisi Sevgi Vardanlı İnal plitələr və keramika üzrə ənənəvi Türk motivləri əsasında fərqli əsərlər nümayiş etdirdi. Sərgidə Trabzona məxsus əl sənətləri göstərildi.  Trabzon yerli sənətçilər, bölgəyə unikal olan Kazaziye və Kaytan, Keşan kimi yerli sənətkarlıqlarını nümayiş etdirdilər.  Sərgidə klassik türk musiqisi də təqdim olundu. Udi Serkan Ün Türk musiqisinin zövqünü bənzər bir şəkildə şərh etdi. 




Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube