Baxış sayı: 138
7-12-2016, 17:44
Kürdəmirdə Ucar Regional Dövlət Avtomobil Nəqliyyat xidmətinin əməkdaşları tərəfindən reyd keçirilib.

Shefeq.az xəbər verir ki, reydin əsas məqsədi texniki baxışı və fərqlənmə nişanları olmayan avtomobilləri və yük daşımaya görə vergidən yayınan sürücüləri aşkarlamaq olub. 

Qayda pozan 40-a yaxın sürücü saxlanılıb. Saxlanılan sürücülərin bəziləri yük daşınması üçün fərqlənmə nişanları almalarının vacibliyindən xəbərsiz olduqlarını bildiriblər. Belə sürücülərə yol müfəttişləri tərəfindən fərqlənmə nişanlarının mahiyyəti və digər qaydalar izah edilib.

Sürücü: "Bilmirdim, indi bildim"

Ucar və Zərdab rayonlarında da reydlər təşkil edilib. Qaydalara əməl etməyən sürücülərə qarşı bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.