•  – Milli Qurtuluş Günü - Azərbaycanın firavan gələcəyinə, böyük perspektivlərinə doğru açılan yol 
  •  – Eks-nazir Səlim Müslümov yeni vəzifəyə TƏYİN OLUNDU 
  •  – Prezidentdən yeni sərəncam - 5,7 milyon manat ayrıldı 
  •  – DİQQƏT! Prezident sərəncam imzaladı 

Prezident “yekəxanalıq etmə” dedi, Azəriqaz şefi etdi

“Azəriqaz” İstehsalat Birliyinin direktoru Əkbər Hacıyev prezident İlham Əliyevin ötən həftə etdiyi xəbərdarlıqlara 15 gün riayət etmədi

Məlumata görə, Ə.Hacıyev unikal.org-a kobud müsahibəsində bir məmur mədəniyyətini nümayiş etdirib. Əvvəlcə müxbirin onunla dialoqunu oxuyaq:


- Salam Əkbər müəllim.

- Salam.

- Unikal.org saytından narahat edirik.

- Başa düşmürsünüz ki, mən mətbuata danışmıram?...

- Bilmək istəyirik ki, məcburi köçkünlərin qaldığı yataqxanalar nə zaman qazlaşdırılacaq? Planda varmı?

- Məcburi köçkünlər təbii qazı gedib “Qaçqınkom”dan istəsinlər. Biz özbaşımıza qaz çəkmirik.

- Qazı “Qaçqınkom” çəkməlidir?

- Bəli, sifarişçi onlardır.

Əkbər Hacıyev digər sualı dinləmədən telefonu söndürüb. Prezident məmurlara “yekəxanalıq etməyin” deyir, ölkənin əsas sosial strukturlarından birinə rəhbərlik edən şəxs isə “başa düşmürsünüz” jarqonunda danışır. 

Heç 15 gün deyil ki, prezident konfransda onlara xəbərdarlıq edir. Ancaq Ə.Hacıyev saymazyana, kobud, müştəbeh, təkəbbürlü intonasiya ilə danışır. Sanki dövlətin, xalqın və mətbuatın bu məmura borcu varmış. 

Onun borcudur ki, oturduğu postda ictimaiyyətə açıq olsun, hökumətə və xalqa hesabat versin, problemləri həll etsin, jurnalistlərin sorğularını cavablandırsın. Ə.Hacıyev isə minnətlə danışır və mətbuata müsahibə verməməyi ilə öyünür. 

Prezident yanvarın 30-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda söyləyib: 

“Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir, özünü təvazökar aparmalıdır - özü də, ailə üzvləri də, nümunə olmalıdır, rüşvətxorluqla məşğul olmamalıdır, soyğunçuluqla məşğul olmamalıdır”. 

Məlumata görə, Əkbər Hacıyev SOCAR prezidenti Rövnəq Abdullayevin kadrıdır. Bu, SOCAR prezidentinin kadr siyasətinin bərbad olduğunu ortaya qoyur. 

Ə.Hacıyev yekəxana çıxışı ilə həm də kuratorunu rüsvay etmiş oldu. Məmurlar kobud danışığı ilə qalmaqal yaradır, gündəmə gəlir, sonra mətbuat yalan yazmaqda, fikirlərini təhrif etməkdə qınayırlar. 

R.Abdullayevin qohumu isə onu biabır etməklə məşğuldur. “Azəriqaz” İB direktorunun borcudur ki, mətbuatda mövcud problemlərdən danışsın. 

O, “bilmək istəyirik ki, məcburi köçkünlərin qaldığı yataqxanalar nə zaman qazlaşdırılacaq? planda varmı?” sualına ətraflı cavab vermək, aydınlıq gətirmək, qaçqınların problemlərinə ürək yandırmaq əvəzinə, “məcburi köçkünlər təbii qazı gedib “Qaçqınkom”dan istəsinlər. Biz özbaşımıza qaz çəkmirik” deyir və telefonu asır.
Yada salırıq ki, “Azəriqaz”ın rəhbəri Əkbər Hacıyev qurumu şəxsi təsərrüfatına çevirib. Əkbər Hacıyev “Azəriqaz”a qohum-əqrəbasını və həmyerlilərini yığır. 

Onun qohumu və həmyerlisi olmayan işçilər müxtəlif bəhanələrlə işdən çıxarılır. Başqa bir fakt Əkbər Hacıyevin qohumlarına bahalı “inomarka”lar verdirməsi ilə bağlıdır. 

Yalnız “Azəriqaz” müdirinin qohumu olanların xidməti avtomobilləri bahalı markalardır. Özü də onlar digərlərindən fərqli olaraq bu avtomobilləri şəxsi məqsədləri üçün də istifadə edə bilərlər. 

Şənbə və bazar günləri digər rəhbər şəxslərin avtomobilləri “Azəriqaz”ın qarajlarında saxlanılsa da, Əkbər Hacıyevin qohumları bu qaydaya əməl etmir. Sonda əlavə edək ki, Əkbər Hacıyev ARDNŞ prezidenti Rövnəq Abdullayevin yaxın qohumudur.
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube