Baxış sayı: 171
23-09-2017, 21:04

Son illər bel və boyun ağrılarından şikayətlənənlərin sayı kəskin şəkildə artıb. Əgər əvvəllər daha çox yaşlı insanlar bu ağrılardan şikayətlənirdilərsə, indi orta yaşlı, gənc, hətta yeniyetmələr də bel ağrılarından əziyyət çəkirlər. Çox qəribədir ki, ağır fiziki iş görməyənlər arasında da bel ağrılarından şikayətlənənlər kifayət qədərdir. Eyni problem təkcə bizdə yox, dünyanın bir çox ölkələrində yaşanır.


Shefeq.Az yeniavaz.az-a istinadən bildirir ki,  türkiyəli alimlər bunun səbəbini araşdırıb və maraqlı nəticələr ortaya çıxarıblar.
Uzun müddət eyni pozada qalmaq telefon, tablet, kompüter işlətmək kəskin boyun və bel ağrılarına səbəb olur. Mütəxəssislər bunun xüsusilə gənclər və yeniyetmələr arasında geniş yayıldığını vurğulayırlar.
Son zamanlar bel və boyun ağrıları ilə xəstəxanalara üz tutanların sayının artdığını bildirən doktor Hüseyni Avni Çöl deyib ki, şikayətlər gənc və işləyən insanlarda daha çox artıb: "Tablet, kompüter və cib telefonundan uzun müddət istifadə etmək bir neçə ay sonra boyun və bel ağrılarına səbəb olur. Belə ki, insanın boyun və çənə sümüklərində tədricən dəyişiklik müşahidə olunur. Diqqət yetirmisinizsə, uzun müddət telefondan istifadə etdikdə və başınızı önə əydikdə boyun sümüklərinə yük düşür. Çənə sümükləri də zəifləyəndə dözülməz ağrılar başlayır. Uzun müddət müalicələrə rəğmən ağrılar keçmir. Bu halda ilk edəcəyiniz şey həmin cihazlardan asılılığı azaltmaqdır. Əks təqdirdə, bu ağrılar qalıcı olacaq".
Doktor telefonla çox danışanlara da xəbərdarlıq edib: "Çalışın, qılaqcıqla danışın. Çox danışanda isə telefonu tez-tez bir qulağınızdan o birinə keçirin".