Bölmə: Maraqlı / Ailə
Baxış sayı: 62
19-09-2017, 22:36

Mövsüm dəyişkənliyi dəridə də problemlər yaradır. Soyuq havaların düşməsi dəriyə bir qədər də qulluq tələb edir.

Shefeq.az xarici KİV-ə istinadən payızda dərinizə ev şəraitində qulluq etmək üçün maskalar təqdim edir:

1 xörək qaşığı bala 2 ədəd əzilmiş badam qatın. Daha sonra 1 çay qaşığı limon şirəsi tökün, qarışdırıb üzünüzə çəkin. 15 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.


1 kasa qatığa 1 çay qaşığı razyana toxumu və bitkisinin əzilmiş yarpaqlarını töküb qarışdırın. Üzə çəkib 20 dəqiqə saxladıqdan sonra yuyun. Hər gün bu maskadan istifadə etsəniz, dəriniz cavanlaşacaq.