Bölmə: Maraqlı / Dünya
Baxış sayı: 48
19-09-2017, 22:10

Almaniyanın premial brendi olan Porsche 2018-ci model ilinə məxsus yeni flaqman yolsuzluq avtomobili Cayenne-nin son sınağını keçirib. Bunu gizli çəkilən fotolar sübut edir.


Shefeq.Az auto.az-a istinadən bildirir ki, avtomobilin fotolarını internetdə yayan casus fotoqrafların sözlərinə görə, yolsuzluq avtomobili Avropa küçələrində qeydə alınıb. Əvvəllər də güman edildiyi kimi, şirkətin bestsellerlərindən biri olan bu versiyanın eksteryeri inqilabi dəyişikliyə məruz qalıb.


Yolsuzluq avtomobili Porsche Cayenne-nin yeni nəslinin xarici görünüşündəki ən böyük dəyişiklikləri sırasında yeni qabaq paneli, o cümlədən işıq texnikasını göstərmək olar. Bununla yanaşı, avtomobilin dam xətti və şüşə hissələri də dəyişilib.

Hələlik yeni modelin texniki hissəsi barədə rəsmi məlumat yoxdur. Belə güman etmək olar ki, yeni nəsil Porsche Cayenne benzin və dizel mühərriklər alacaq və onlar 330-dan 550-dək at gücünə malik olacaq.