Bölmə: Maraqlı / Ailə
Baxış sayı: 57
19-09-2017, 20:28

Saçlarınızı evdə boyadıqdan sonra dərinizdə qalan boya ləkələrini təmizləməkdə çətinlik çəirsinizsə bu yazımız sizin üçündür. Bu ləkləri təmizləmək düşündüyünüz qədər çətin deyil. Bunun üçün:


Shefeq.az bildirir ki, sizə spirt və qab şampunu lazımdır. Əvvəlcə bir pambıq və ya qulaq çöpünü spirtə batırın. Daha sonra üzərinə bir damcı qab şampunu əlavə edin. Bu pambıqla ləkə olan hissələri yüngülcə təmizləyin. Təmizlədikdən sonra isə durulayın.


Qabartma tozu da bu işdə sizə kömək edə bilər. Onun ölü dərini təmizləmək xüsusiyyəti var. 3 xörək qaşığı qabartma tozu və 1 xörək qaşığı qab şampununu qarışdırın. Sonra bir bezin köməyi ilə ləkə olan yerlərə sürtün. Ləkələrin getdiyini dərhal görəcəksiniz.


Əgər dediyimiz üsullardan heç biri işinizə yaramırsa son çarə olaraq sirkəni yoxlaya bilərsiniz. Sirkəni yüngülcə ləkili hissəyə tətbiq edin. Əgər həssas dəriniz varsa məsləhət görərdik ki, bu üsulu istifadə etməmişdən əvvəl həkiminizlə məsləhətləşəsiniz.