•  – Milli Qurtuluş Günü - Azərbaycanın firavan gələcəyinə, böyük perspektivlərinə doğru açılan yol 
  •  – Eks-nazir Səlim Müslümov yeni vəzifəyə TƏYİN OLUNDU 
  •  – Prezidentdən yeni sərəncam - 5,7 milyon manat ayrıldı 
  •  – DİQQƏT! Prezident sərəncam imzaladı 

Bakıda pikniki harda edək? 5 piknik məkanı

Havaların soyumağına az qalıb. Bu həftəsonunu pikniklə dəyərləndirin. Siyahımız sizə yardımçı olacaq.

Bakıda piknik yerləri

Təmiz havada dincəlmək və istirahət etmək istəyənlər üçün Bakıda xüsusi "piknik" yerləri mövcuddur. Və budur, siyahını sizə təqdim etmək istəyirik:


1)Dədə Qorqud parkı – park 2013-cü ildə açılıb. 6 hektar ərazidə salınmış bu park paytaxtın ən böyük parklarındandır. Burada istirahət üçün hər cür şərait var. Parkın ərazisində sahəsi üç hektar olan süni göl və şəlalə yaradılıb.


2)Heydər Əliyev mərkəzi - müasir Bakının simvollarından biri hesab edilən, şəhərin ən müasir memarlıq tikilisi sayılan Heydər Əliyev Mərkəzinin ərazisindəki otun üzərində siz rahat şəkildə istirahət edə, kitab oxuya, piknik edə bilərsiniz.



3) Zirə Mədəniyyət Mərkəzi və Eko-Parkı - Zirə qəsəbəsində Bakı-Pirallahı yolu üzərində inşa edilib.  Mərkəz ərazisinin ümumi sahəsi 10 ha-dır. Burada növbənöv dekorativ və meyvə ağacları, müxtəlif bitkilər, güllər əkilib. Park sahəsində atraksionlardan ibarət uşaq meydançası var. Ailəvi istirahət edə biləcəyiniz ən yaxşı yerlərdən biridir.



4) Botanika bağı - 1934-cü ildə Bakının dağlıq hissəsində, Badamdarda salınıb. 41 ha ərazisi var. Təmiz havası və sakitliyi ilə seçilir. Burda özünüzü şəhərdən kənarda hiss edə bilərsiniz. Bura piknik üçün ən uyğun məkanlardan biridir. 6 yaşından böyük uşaqlar üçün 1 manat, böyüklər üçün isə giriş 2 manat təşkil edir.


5) “Qobuland” – Bakı-Şamaxı yolunun 97-ci km-də yerləşən “Qobuland” ailəvi istirahət mərkəzində xüsusi piknik yerləri yaradılıb. Həftəsonunuzu gözəl mənzərəli, təbiətlə iç-içə, nağıl kimi bir yerdə keçirmək istəyirsinizsə, o zaman yolunuzu Qobuland-ə salın. Amma piknik yerləri ödənişlidir.

Оставить комментарий
Cialis 20 Mg Avis Amoxicillin For Syphilis janssen cilag priligy Kamagra In Usa United States Viagra Generico Online Sicuro Generic For Zithromax
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube