•  – Prezident icra başçısı ilə bağlı SƏRƏNCAM İMZALADI 
  •  – Prezident Mikayıl Cabbarova daha bir vəzifə verdi - SƏRƏNCAM 
  •  – Deputatlar şərabla bağlı təklif irəli sürdülər: "Şadlıq saraylarında..." 
  •  – Millət vəkili: "Nazirlərin mülkləri satılsın, pulları şəhid ailələrinə verilsin" 

Keçmiş İcra başçısının verdiyi daha bir yalnış sərəncam ....

Paytaxtda etiraz aksiyası keçirilib, hadisə yerinə polis cəlb olunub

 Bu gün paytaxtın Yasamal rayonu Əhməd Cəmil küçəsində yerləşən 25, 27, 29 saylı binaların sakinləri "Elite City" MMC tikinti şirkətinə etiraz olaraq aksiya keçiriblər. Sputnik Azərbaycan-ın əməkdaşı ərazidə olaraq, şikayətçi sakinləri dinləyib.


Sakinlər bildiriblər ki, ərazidə problemlər mart ayında ağacların kəsilməsi ilə başlayıb. Sonradan məlum olub ki, Yasamal Rayon İcra Hakimiyyətinin keçmiş başıçısı İbrahim Mehdiyev ərazidə 14 mərtəbəli, iki bloklu binanın tikilməsi üçün sərəncam veribmiş.

Ərazi sakini Emil Abbasovun bildirdiyinə görə, Yasamal Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin verdiyi məktuba əsasən, ərazidə bina tikilməsinə sərəncam verib. Sonradan ərazi sakinləri Komitəyə müracitə ediblər. Araşdırma aparıldıqdan sonra Komitədən Yasamal Rayon İcra Hakimiyyətinə, ərazidə çoxmərtəbəli binanın tikintisinin məqsədəuyğun olmadığı tövsiyyə olunub.

"İbrahim Mehdiyev işdən azad edilsə də, verdiyi sərəncam qüvvədə qalır və Komitəsinin ikinci məktubuna heç kim əhəmiyyət vermir" — E. Abbasov qeyd edib.

Hazırda binanın tikintisi nəzərdə tutlan ərazidə 3 fin evi var. Həmin evlərdə 24 ailə  məskunlaşıb. Tikinti şirkəti fin evlərinin sakinləri ilə razılığa gəlib. Lakin fin evləri ərazidə olan 3 ədəd 9 mərətəbli binanın həyətində olduğu üçün, 14 mərtəbəli binanın tikilməsi də həmin 9 mərtəbəli binaların arasında nəzərdə tutulur.

Binalardan birinin sakini Cəmaləddin Fərhadovun sözlərinə görə, qanunla binalar arasında məsafə binanın hündürlüyü və eni toplanaraq ikiyə vurularaq hesablanır: "Bizim binalar arasında isə 58 metr məsafə var. Yəni bu kiçik ərazidə çoxmərtəbəli bina tikilsə, bizim nəfəs almağa yerimiz qalmayacaq".

"Binamızın arxasında 16 mərtəbəli bir bina tikilir, 14 mərtəbəli bina da öndə tikilsə, bizim binalar gün işığından məhrum olacaq. Uşaqalarımız üçün oynamağa da yer yoxdur" — C. Fərhadov əlavə edib.

Ərazidə yaşayan Gülnar Əliyeva da uşaqlıqdan bu ərazidə yaşadığını deyir: "Əvvəllər burada həyətdə fəvvarə, müxtəlif meyvə ağacları vardı. Həyətimiz cənnətə bənzəyirdi. İndi vəziyyəti götürürsünüz, burada bina tikilsə, addım atmağa yer qalmayacaq".


Digər sakin Dilavər Sultanov qeyd edir ki, artıq 3 binanın sakinləri 1 saylı İqtisad Məhkəməsinə müraciət ediblər: "Artıq məhkəməyə müracitə etmişik. Gözləyirik, görək, nə qərara veriləcək. Özünüz də görürüsünüz ki, binaların həyətində çoxmərtəbəli bina tikilməsi üçün yer yoxdur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 3-cü məktubunda qeyd edilir ki, ərazidə üçmərtəbəli qeyri yaşayış binası tikilə bilər. Biz isə həyətimizin yaşıllaşdırılmasını istəyirik. Yaşlı vaxtımızdır, nəfəs almağa yer tapmırıq".

Sakinlərin hüquqlarının müdafiəçisi Habil İsgəndərovun Sputnik Azərbaycan-a vediyi məlumata görə, ərazidə 3 ədəd 9 mərtəbəli və bir ədəd 5 mərtəbəli bina var: "Mən həm də ərazi sakiniyəm. Həyətimiz qapalı həyətdir. Burada 3 ədəd ikimərtəbəli fin evi var. Həmin evlərdə 24 ailə yaşayır. Bizim binalarda isə 300 ailə yaşayır".

"İndi bir tikinti şirkəti ortaya çıxıb, mart ayında gəlib ağacları kəsdilər. Yasamal Rayon İcra Hakimiyyətyinin keçmiş başçısı İbrahim Mehdiyev işdən azad edilməmişdən bir həftə öncə fin evlərinin yerində, həyətin içində 14 mərtəbəli binanın tikilməsi üçün sərəncam verib. Sakinlər də həyətdə yeni bir binanın tikilməsinə qarşıdırlar. Çünki burada yeni bina tikilsə, ayaq atmağa yer qalmayacaq. Sərəncamın ləğvi üçün artıq məhkəməyə müraciət etmişik" — İsgəndərov qeyd edib.




Hüquqşünas həmçinin bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli qərarında birmənalı olaraq göstərilir ki, rayon icra hakimiyyəti tikintiyə yalnız Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyini almaqla icazə verə bilər. Lakin Komitə tərəfindən təqdim olunmuş məktublardan da göründüyü kimi, Dövlət Komitəsi həmin həyətdə yaşayış binasının tikintisinə müsbət rəy verməmişdir.

 

 Biz həmin ərazidə yerləşən 2 mərtəbəli 3 ədəd fin layihəli binaların (cəmi 24 mənzil var) sökülməsinə etiraz etmirik. Əksinə, həmin binaların sökülməsini və ərazinin abadlaşdırılmasını istəyirik. Lakin, həyətimizdə 14 mərtəbəli bina tikilərsə, bizim yaşadığımız mənzillərə təbii günəş işığının düşməsi, mənzillərin təbii havalanması mümkünsüz olacaq, qapalı həyətdə sakinlərin istirahəti, uşaqların oynaması üçün yer qalmayacaq, nəinki avtomobillə, ayaqla belə hərəkət etmək çətinləşəcək. Nəzərə alınmalıdır ki, göstərdiyimiz binalarda 300-dən çox mənzil var və hər mənzildə orta hesabla 4-5 sakin yaşayır. 1200-1500 sakinin yaşadığı binaların yeganə çıxış imkanı, şəhərə çıxışı üçün yolu keçən həyətdə hündürmərtəbəli binanın tikintisi bizim öz mənzillərimizdə rahat, sanitar-epidemioloji şəraitdə yaşamağımızı məhdudlaşdıracaq. Avtomobillərin saxlanması üçün park yerləri, uşaqların çıxması, oynaması, yaşlıların istirahəti üçün başqa bir yer yoxdur. Bizim binalar 3 tərəfdən: Ə.Cəmil, Şəhriayr, Z.Xəlilov küçələri, bir tərəfdən də elə həmin ««ELİTE CİTY» MMC-nin hazırda tikintisini davam etdirdiyi 16 mərtəbəli 4 bloklu yeni tikili ilə əhatələnmişdir.

Ərazi sakini Yadigar Mahmudzadənin shefeq.az-a verdiyi məlumata görə, Yasamal rayonu, Zahid Xəlilov küç. 36A, 36B, 36V, Əhməd Cəmil küç. 23, 25, 27 və Şəhriyar küç. 5 ünvanı üzrə həyətdə 3 ədəd 9 mərtəbəli çoxbloklu, 1 ədəd 5 mərtəbəli yaşayış binası olmaqla, həyətimiz 4-bucaqlı formasında qapalı həyətdir: "Yaşadığımız binalarda 300-dən artıq mənzil mövcuddur. Həyətin Z.Xəlilov küçəsindən eni 4 metrə yaxın olan bir girişi var. Həyətmiz 55 m X 85 m ölçüdədir. Qarşı-qarşıya olan 2 ədəd  9-mərtəbəli binanın bayır divarlarından ara məsafəsi 59 m., digər 9 mərtəbəli bina ilə 5 mərtəbəli bina arasında bayır divarlarından ara məsafəsi 85 m təşkil edir. Həyətdə (59 mX85 m ərazidə) 3 ədəd 2 mərtəbəli fin layihəli yaşayış binaları var (Həmin evlərin ünvanı - Z.Xəlilov küçəsi 30, 32, 34). Hər binada 8 mənzil olmaqla, bu binalarda 24 mənzil var. Həmin binaların ölçüləri 12 mx12 m təşkil edir. Bütün mənzillərin sakinləri üçün (uşaqlar üçün oynamaq, yaşlıların istirahəti) yalnız bu həyətə çıxış imkanları var. Həyətdə 50-ə yaxın çoxillik şam, tut, qovaq ağacları vardı. Bu ilin mart ayında naməlum şəxslər ağacları kökündən kəsərək mövcud yaşıllığı məhv etdilər. Həmçinin, həyətdə mövcud infrastrukturun sökülməsinə cəhdlər olmuşdu. Sakinlər ağacların kəsilməsinə etiraz etdikdə, tikinti şirkəti tərəfindən bu həyətdə 3 fin evinin sökülərək yerində hündürmərtəbəli bina tikiləcəyi bildirildi. Buna etiraz edərək Azərbaycan Respublikasının Prezidentinə, Birinci Vitse-Prezidentə,  aidiyyatı icra hakimiyyəti orqanlarına, Yasamal Rayon İcra Hakimiyyətinə ərizələrlə müraciət etdik. Bu müraciətlərdən sonra həyətdə söküntü işləri dayandırıldı. Bizim müraciətlərimizdən sonra, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Fövqəladə Hallar  Nazirliyinin nümayəndələri ayrı-ayrı vaxtlarda həyətə gəldilər və bu həyətdə hündürmərtəbəli binanın tikintisinin tikinti norma və şəhərsalma qaydalarına zidd olduğunu bildirmişdilər.  

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri cənab A.Ələsgərovun Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İ.Mehdiyevə ünvanladığı 01 may 2017-ci il və 16 may 2017-ci il tarixli məktublarda göstərilən həyətdə çoxmərtəbəli yaşayış binasının tikintisinin məqsədəuyğun olmadığı bildirilmişdir. Həmin Komitənin rəhbərliyinin Yasamal Rayon İcra Hakimiyyətinə və sakinlərə ünvanladığı 10 iyul 2017-ci il tarixli 3-cü məktubunda həyətdə çoxmərtəbəli yaşayış binasnın tikintisinin qanunamüvafiq olmadığı bir daha vurğulanmış və Yasamal Rayon İH-ə qanunvericiliyin tələblərinin təmin olunması tövsiyə  edilmişdir. 

Lakin buna baxmayaraq, Yasamal Rayon İcra Hakimyyətinin keçmiş başçısı İbrahim Mehdiyev tərəfindən Yasamal rayonu, 568-ci məhəllə, Z.Xəlilov küçəsi, 30, 32, 34 saylı ünvanlarda sökülməsi nəzərdə tutulan qəzalı binaların yerində «ELİTE CİTY» MMC-ə 2 girişli yeni yaşayış binasının tikintisinə dair 21.06.2017-ci il tarixli 191 saylı sərəncam verilmişdir"



 






Sakinlərin sözlərinə görə, həyətdə iki avtomobil qarşı-qarşıya gəldikdə biri digərinə yol vermək üçün arxaya hərəkət etməli olur. Yanğın-xilasetmə avtomobilinin həyətdə belə dar yolda hərəkət etməsi qeyri-mümkündür. Yəni artıq indiki vəziyyətdə həyətdə nəqliyyat məsələsi problemlidir. Burada hündür mərtəbəli bina tikilərsə, 9 mərtəbəli binalarla ara məsafəsi 15-20 metr təşkil edəcək, Günəşin qarşısını kəsəcək, həmin binalara heç vaxt Günəş işığı düşməyəcək.

Habil İsgəndərov qeyd edir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin, Məcəllənin 39-cu maddəsində nəzərdə tutulur ki, (Abadlaşdırma tədbirləri) Abadlaşdırma tədbirləri müəyyən ərazidə sağlam yaşayış, iş və istirahət şəraitinin yaradılması, həmin ərazidə yaşayan və ya işləyən insanların təhlükəsizliyinin təmin edilməsi, müvafiq ərazinin və həmin ərazidə yerləşən tikinti obyektlərinin və onların ayrı-ayrı hissələrinin fasadlarının zahiri görkəminin yaxşılaşdırılması, habelə bununla bağlı mövcud şəraitin daha da yaxşılaşdırılması məqsədi daşıyan tədbirlər məcmusudur: "Yasamal rayon İH və tikinti şirkəti həyətdəki 2 mərtəbəli 3 fin evinin sökülməsini abadlaşdırma tədbiri kimi qələmə verir, guya, bu tədbir sakinlərin mənafeyi üçündür. Lakin düşünmürlər ki, 24 mənzilin köçürülməsi yerinə 14 mərtəbəli binanın tikintisi 300-dən çox mənzildə yaşaayn ailələrin hüquqlarını pozur".  

Digər tərəfdən, həyətimizdə (59 m x 85 m.) 14 mərtəbəli yaşayış binasının tikintisi Azərbaycan Respublikasının tikinti və şəhərsalma qanunvericiliyinin tələblərinə də ziddir. Bu baxımdan hesab edirik ki, Yasamal Rayon İcra Hakimiyyəti başçısının 21.06.2017-ci il tarixli 191 saylı sərəncamı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin, Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə təsdiq olunmuş Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 nömrəli Qərarının və digər normativ-hüquqi aktların tələbləri pozulmaqla verilmişdir.

Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsində (Dövlətin ali məqsədi) təsbit olunduğu kimi: I. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

Tikinti və Şəhərsalma Məcəlləsinin 57-ci maddəsinin tələblərinə görə tikintinin layihə sənədlərində layihədən əvvəlki və sonrakı dövrlərdə ərazidəki yaşıllıqların vəziyyətini göstərən məlumatlar tam və dürüst əks edilməli, yaşıllıqların salınması mütləq həmin yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun olmalıdır

Məcəllənin 68-ci maddəsinin tələbinə əsasən, 68.1. Tikinti işləri ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizlik və sanitariya-gigiyena, habelə yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normalarına uyğun olaraq həyata keçirilməlidir.

            Məcəllənin 69-cu maddəsində Yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri nəzərdə tutulmuşdur.  69.1.-ci maddənin tələbinə əsasən, binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Məcəllənin  69.5.-ci maddəsinin tələbinə əsasən, ara məsafəsi divar hündürlüyünün 0,6 hissəsini təşkil etməlidir. Tikilməsi planlaşdırılan 14 mərtəbəli binanın hündürlüyü 50 metr təşkil edəcəksə, həyətdə olan digər 9 mərtəbəli binalarla ara məsafəsi minimum hər tərəfdən 30 metr təşkil etməlidir (50 X0,6= 30). Lakin qeyd etdiyimiz kimi, qarşı-qarşıya olan 9 mərtəbəli binaların arasındakı məsafə cəmi 59 metr olduğundan həmin ərazidə eni 20 metr olan binanın yerləşdirilməsi qeyri-mümkündür (30+20+30=80). Binalar arasındakı məsafə minimum 80 metr olmalıdır ki, orada tikinti aparmaq mümkün olsun.   





 



Lakin Yasamal Rayon İcra Hakimiyyəti (keçmiş başçı İ.Mehdiyev) tərəfindən yuxarıda sadalanan qanunvericilik aktlarının tələblərini, 300-ə yaxın mənzildə yaşayan sakinlərin etirazlarını, Dövlət Komitəsinin tikintiyə razılaşmadığını və tövsiyəsini nəzərə almayaraq, həyətimzdə çoxmərtəbəli binanın tikintisinə sərəncam verilməklə, biz sakinlərin sağlam ətraf mühitdə, təhlükəsiz şəraitdə yaşamaq, təbii günəş işığı və havalandırmadan, ərazinin yaşıllıq imkanlarından məhrum olmağımıza, qapalı həyətdə sərbəst hərəkət, giriş-çıxış imkanlarımızın məhdudlaşmasına, yaşıllıqların məhv edilməsinə, qanunsuz tikinti işlərinin aparılmasına şərait yaratmışdır.

Skinlər, həmçinin, 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müvəqqəti müdafiə tədbirinə dair ərizə ilə müraciət edərək, keçmş başçı İ.Mehdiyevin sərəncamının icrasının dayandırılması, tikinti işlərinin aparılmasının müvəqqəti qadağan edilməsini xahiş etmişlər. İşə məhkəmənin hakimi Müseyib Bayramov baxır. 23 iyulda məhkəmə iclası keçirilmiş, araşdırma aparılmış və hakimin təşəbbüs ilə yerli baxış təiyn olunmuşdur. Bu gün hakim M.Bayramov sakinlərin, icra hakimiyyətinin memarı Eyvaz müəllimin, tikinti şirkətinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlarının iştirakı ilə həyətdə olmuş və vəziyyətlə yerində tanış olmuşdur. Hakimin göstərişi ilə aparılan ölçmə işlərinin nəticəsində 2 ədəd qarşı-qarşıya olan 9-mərtəbəli binanın arasındakı məsafənin sakinlərin dediyi kimi 59 metr olduğu müəyyən edilmişdir. Sakinlər ümid edirlər ki, məhkəmə tikinti normaları və qanunvericliyin tələblərinin pozulmasını və sakinlərin haqlı narazılığını nəzərə alaraq obyektiv, ədalətli qərar verəcək, planlaşdırılan tikinti işlərinin aparılması dayandırılacaq və Yasamal rayon İH-nin keçmiş başçısı İ.Mehdiyevin imzaladığı 21 iyun 2017-ci il tarixli Sərəncam ləğv ediləcək. Sakinlər həmçinin, ölkə Prezidenti Cənab İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban Xanım Əliyevaya müraciət edərək həyətdə qanunsuz tikinti işlərinin aparılmasının dayandırılmasını, 300-ə yaxın ailənin yaşadığı həyətin abadlaşdırılmasını, yaşıllıqlar salınmasına göstəriş verilməsini xahiş edirlər.  




 




















 

 

Etiraz zamanı əraziyə Bakı 1 saylı İnzibati İqtisad Məhkəməsinin hakimi Müseyib Bayramov gələrək baxış keçirdi. Həmçinin, həyət ölçüldü, qeydə alındı. Yeni bir baxış keçirilməsi də planlaşdırılır.

Xatırladaq ki, əraziyə fin evlərinin sakinləri ilə digər bina sakinlərinin qarşıdurma yaratmaması üçün əraziyə Yasamal Rayon Polisinin Çevik Polis Alayının əməkdaşları da cəlb edilmişdi.

İradə CƏLİL
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube