•  – Prezident icra başçısı ilə bağlı SƏRƏNCAM İMZALADI 
  •  – Prezident Mikayıl Cabbarova daha bir vəzifə verdi - SƏRƏNCAM 
  •  – Deputatlar şərabla bağlı təklif irəli sürdülər: "Şadlıq saraylarında..." 
  •  – Millət vəkili: "Nazirlərin mülkləri satılsın, pulları şəhid ailələrinə verilsin" 

Eftanaziya yoxsa sui qəsd?

Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasinin qanunun 38 –ci maddəsində qeyd olunur ki,   evtanaziya, yəni xəstənin xahişi ilə onun ölümünü hər hansı vasitə, yaxud hərəkətlə tezləşdirmək, həyatın davam etməsinə kömək edən süni tədbirlərin dayandırılması qadağandır.  Xəstəni bilərəkdən evtanaziyaya meyl etdirən və ya evtanaziya edən şəxs qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.


Son dövrlərdə  evtanaziya sözü mənasını tamamilə dəyişib və insanlar tərəfindən də başqa cür  başa düşülür.  Yunanıstanda  evtanaziya  “ qürurlu ölüm”,  “ yaxşı ölüm” kimi qəbul edilirdi.  Zaman keçdikcə evtanaziya rahat –yüngül ölüm kimi, indi isə tibbi prosedur kimi başa düşülür.  Halhazırda bir çox ölkələrdə evtanaziyaya icazə verilir. Ağır sağalmaz xəstəliyi olan insanlar öz istəkləri ilə bu proseduru qəbul edirlər. Bu zaman  öldürücü dərman həkim tərəfindən xəstəyə vurulur.   Bu prosedur həkim tərəfindən həyata keçirildiyi zaman evtanaziya adlanır. Əgər xəstə həkimin verdiyi öldürücü iynəni özü vurursa, bu  yardımlı intihar halı kimi qeydə alınır. Əgər  xəstə  evtanaziya  haqqında  xahiş etmisə,  həkim xəstənin yaşamayacağını bilib ona öldürücü iynə vurursa, bu artıq  qətl kimi  qeydə alınır.

   Dünyanın bir neçə ölkəsində  Niderlandda, Belgiya, Lüksenburqda eftanaziya qanunla  qəbul edilir və cinayət hadisəsi hesab edilmir.  Niderlandda eftanaziya haqqında qanun 1997-ci ildə qəbul edilib. Yardımlı intihara Almaniyada, Kolumbiyada, İsveçdə və Amerikanın bzəi ştatlarında icazə verilir.  Və bir çox ölkələr var ki,  evtanaziyanın  qanunla əbul edilməsi üçün illərdir ki,  müzakirələr davam etdirilir. 

Müzakirələrdə eftanaziya haqqında qanunun qəbul olunmasının  faydalı olduğu  qeyd edilir. Belə ki, Kanada siyasətçilər evtanaziyanın  həyatı  bitirmək deyil, əzab əziyyəti bitirmək olduğunu iddia edirlər.

Millət vəkili Musa Quliyev açıqlamsında bildirir ki, tibb elmində konkret bir şey yoxdur, hər gün elmdə yenilik baş verir: “  Ağır vəziyyətdə xəstənin həyatını xilas etmək üçün tətbiq ediləcək kəşf ola bilər. Buna görə də, dünyanın əksər ölkələrində olduğu kimi bizdə də eftanaziya qadağandır. Onkoloji xəstəliklərin terminal mərhələdə yaşadıqları çətinlikləri nəzərə alaraq, əzab-əziyyətdən xilas etmək üçün hospis xidmətlərindən istifadə olunur. Bu xidmət zamanı insanların əzab-əziyyətini yüngülləşdirən ağrıkəsicilərdən istifadə edilir, hərəkət məhdudluğu olanlara reabilitasiya xidməti göstərilir, tənəffüs çatışmazlığını aradan qaldırmaq üçün texniki vasitələrdən istifadə olunur. Hospisdə onkoloji xəstələr ömrünün son günlərini keçirir, onlara professional xidmət göstərilir”.

Millət vəkili hesab edir ki, hospis xidmətlərin təminatı üçün bir qisim xidmətlər dövlət tərəfindən, xüsusi məqamlar isə xəstə yaxınlarının maddi dəstəyi ilə həyata keçirilə bilər.

“Burada insanların neçə gün qalması ilə bağlı məhdudiyyət qoyulmur. Sadəcə, ağrıları hiss etdiyi müddətdə qalır, son günləri isə xəstəxana və ya ev şəraitində olur. Hospisdə özünü idarə edə bilməyənlər qalır. Bu xidmətin təşkili üçün heç bir məhdudiyyət yoxdur. Ola bilər ki, Onkologiya İnstitutunda bununla bağlı araşdırmalar var”.

Hüquq müdafiəçisi  Aynur Musayevanın sözlərinə görə, evtanaziya, yəni xəstənin xahişi ilə onun ölümünü hər hansı vasitə, yaxud hərəkətlə tezləşdirmə və ya onun həyatının davam etməsinə kömək edən süni tədbirlərin dayandırılmasıdır. Və bu  iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır: “  Bu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 135 ci maddəsi ilə tənzimlənir. Burada ona diqqət yetirmək lazımdır ki, maddənin sanksiyasında 3 ilə qədər müddətə  müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu da o deməkdir ki,  əgər bu kimi cinayəti hər hansı bir tibb  işçisi  həyata keçiribsə, o tutduğu vəzifədən  azad olunur və müəyyən  həmin şəxsə  yenidən vəzifə tutmaq və yenidən həmin fəaliyyətlə məşğul olmaq qadağan edilə bilər.  Yəni tibb işçiləri xüsusi subyektlərdir və müəyyən vəzifədən azadedilmə də xüsusi subyektlərə  tətbiq oluna bilər”.

A.      Musayeva bildirir ki, Azərbaycan qanunvericiliyinin tələbi odur ki, heç bir halda heç kəsi həyatdan məhrum etmək olmaz.  Qanunvericiliyin əsas məqsədi budur və buna zidd olan hər bir hərəkət cinayət kimi qiymətləndirilir və cəalandırılır.

Mütəxəsis bildirir ki, xəstənin  xəstəliyinin və vəziyyətinin  ağır olması da bu qanuna təsir etmit. Belə ki, qanunda qeyd edilir ki, hətta süni şəkildə belə olsa həyat davam edirsə,   həyatı sonlandırmaq, sünivasitəlırin dayandırılması da cinayət kimi qiymətləndirilir. 

Azərbaycan qanunvericiliyi evtanazaiyanın əleyhinədir və Cinayət Məcəlləsi evtanaziya halını cinayət kimi qiymətləndirir və cəzalandırır.

Müsahibimiz bildirir ki,  bu kimi cinayətlərin araşdırılması zamanı zərərçəkən şəxslərin ərizəsinin olub –olmaması böyük rol oynamır.  Çünki bu cinayətlər  ictimai itthiam kimi araşdırılır və bu kimi faktın mövcudluğunu bilən kimi  hüquq mühafizə orqanları araşdırma aparmağa başlayır. Bunun üçün zərərçəkmiş şəxslərin ərizəsi önəm daşımır. Ərizə olmasa belə istintaq aparılır.

Həkim Vaqif Qarayev bildirir ki, bəzi ölkələrdə bu qanunla qəbul edilsə də Azərbaycanda belə bir qanunun qəbul edilməsi inandırıcı deyil: “Həm dini faktor,həm milli mənəvi dəyərlər(el qınağı) buna mane olacaq. Hər həkim də bu prosesə razı ola bilməz.  Məsələn ağır onkoloji xəstəni evtanaziya eləmək olar.Amma bizdə hələ xəstəyə birbaşa "səndə onkoloji xəstəlik var" deyən həkimi də qəbul etmirlər. Bütün qohum əqrəba əl ayağa düşür ki,xəstənin özü bilməsin. Yaxud ahıl bir insan aylarla yataqda qalmalıdı. Evtanaziya eləmək olar. Amma oğul-uşaq razı olacaqmı?”

Həkim hesab edir ki,  eftanaziya bişmiş,təkmil cəmiyyətlərdə işləyə bilər.  Bizim ölkə üçün isə bu mümkünsüzdür. “ Biz bilə- bilə ki bu xəstəliyin əlaci yoxdur,yenə həmin adama son nəfəsinə qədər tibbi xidmət göstəririk. Uşaqlarla bağlı vəziyyəti təsəvvür edə bilirsinizmi?! Kim öz balasini bilərəkdən ölümə məhkum edəcək?!  Mən həm həkim olaraq,həm də sıradan bir insan kimi bu məsələyə YOX deyirəm”!

Psixoloq Fidan Əliyevanın sözlərinə görə,  insanların könüllü surətdə ölümü seçməsi normal haldır: “  Çox ağır , sağalmaz xəstəlik keçirən və  əziyyət çəkən insanlar var ki, ölümü daha üstün tuturlar.  Bu gün sağlam insanların  intihar etdiyini görürük.  Düşünürəm ki, insanın seçim haqqı olmalıdır.  Aylarla əziyyət çəkib ölmkdənsə,rahat ölüm daha yaxşıdı. Ancaq qanun bunu qəbul etmirsə, biz nə deyə bilərik?”

Psixoloq  bildirir ki, İslam dini də evtanaziyaya icazə vermədiyi üçün Azərbaycanda   buna qanunla icazə verilməsi mümkün deyil.


İradə CƏLİL

Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube