•  – Peter Pelleqrini Azərbaycanda: rəsmi səfər 
  •  – Nazir: "Azərbaycan ümid edir ki, Bolqarıstan-Yunanıstan qaz bağlantısı layihəsi tezliklə həyata keçiriləcək" 
  •  – Türkiyə və ABŞ qarşılıqlı şəkildə sanksiyaları ləğv etdilər 
  •  – Özlərini apara bilməsələr..." - Deputatlara tətbiq edilən qadağalar genişləndirilir 

Marketlərdə satışda olan qırmızı və ya sarı rəngdə olan düyüləri almayın

“Marketlərdə satışda olan qırmızı və yaxud da sarı rəngdə olan düyülərdən uzaq olmaq lazımdır”.


Bu barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. Onun sözlərinə görə, sözügedən rəngdə olan düyülərin geni dəyişdirilib: “O biri növ düyülər isə plasmasdan deyil, sadəcə qatışıqlardan hazırlanır. Məsələn, süni kürü kimi.

 Düyü ilə heç bir əlaqəsi olmayan kraxmal və digər komponentləri birləşdirib düyü hazırlayırlar. Səbəb isə bu qarışıqdan olan düyülərin daha çox şişmə xüsusiyyətinə malik olmasıdır”.
E.Hüseynov həqiqi və yalançı düyüləri fərqləndirməyin yollarını da göstərib: “Bişirməmişdən öncə o düyünü suya qoymaq lazımdır. Bir gündən sonra görəndə ki, düyü çox şişib ondan uzaq olun.

 Həmin düyü süni düyü hesab olunur”.
E.Hüseynovun fikrincə, geni dəyişdirilmiş düyülər insan orqanizmi üçün həddən çox təhlükəlidir. Ekspert əhaliyə çağırış edib: “Astara düyüsü alın. Bu düyü yerli və təhlükəsizdir”.


























Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube