•  – Ağcabədidə yeni məktəb binasının tikintisinə 1 milyon manat ayrılıb 
  •  – "Nazir olmaq istəmirdim, amma..." - Misir Mərdanov 
  •  – Prezident sərəncam imzaladı 
  •  – Səhiyyə Nazirliyi tütündən istifadənin nəticələrindən qorunma sahəsində dövlət siyasətini və dövlət nəzarətini həyata keçirəcək 

Körpəni divana qoyan ana - Dəhşətli mənzərə ilə qarşılaşdı

ABŞ-ın Kaliforniya ştatının Fresno şəhərində 3 günlük Syuzi Kirbi adlı körpə qız dayısının 2 iti tərəfindən hücuma məruz qalıb.


İtlərin küçədə bağlı vəziyyətdə olduğunu düşünən 33 yaşlı ana evin havasını dəyişmək üçün körpəni divanın üzərinə qoyaraq qapını açıb.


Fresno şəhər polis nümayəndəsinin sözlərinə əsasən, gənc ana çimərkən uşağın ağladığını eşidib. Evdə olmasına baxmayaraq hadisədən sonra xəbərdar olan dayı dərhal 911-ə (təcili tibbi yardım üçün) zəng etsə də, artıq gec olub. Körpə pitbul və şarpey itlərinin hibridi olan dördayaqlı tərəfindən gəmirilib.


Hər iki it evtanaziya üçün Kaliforniya Veterenar mərkəzinə göndərilib. Hadisə təfərrüatları dəqiqləşdirilir. Başlıca versiya bədbəxt hal adlandırılsa da, kriminal baxımdan da nəzərdən keçirilir. Bir neçə gün bundan əvvəl San-Diyeqoda başqa bir it 3 günlük körpəni öldürüb. Körpənin anası öskürdüyü zaman qorxan it uşağı dişləyib. Bu it doq və Amerika staffordşir teryeri hibridi olub.

Amerika staffordşir teryerini pitbullara aid edirlər. Dobermanlar, alman avçarkaları, çau-çau, laykalar və rotveylerlər kimi itlərin iştirakı ilə tez-tez dəhşətli hadisələr yaşanır.

Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube