•  – Peter Pelleqrini Azərbaycanda: rəsmi səfər 
  •  – Nazir: "Azərbaycan ümid edir ki, Bolqarıstan-Yunanıstan qaz bağlantısı layihəsi tezliklə həyata keçiriləcək" 
  •  – Türkiyə və ABŞ qarşılıqlı şəkildə sanksiyaları ləğv etdilər 
  •  – Özlərini apara bilməsələr..." - Deputatlara tətbiq edilən qadağalar genişləndirilir 

“iPhone 7 Plus” dünyanın ən güclü smartfonu elan edildi

AnTuTu proqramının tərtibatçıları ən məhsuldar smartfonların reytinqini yaradıblar.

Shefeq.az-ın “vladtime.ru” saytına istinadən məlumatına görə, bu siyahıya daha çox Çin istehsalı olan cihazlar daxil olublar.

 

Reytinqin lideri isə “iPhone 7 Plus” smartfonu olub. Bu smartfon 172 644 xal toplayıb. İkinci yerdə 179 124 xalla “iPhone 7” smartfonu qərarlaşıb. Liderlərin üçlüyünü isə 160 856 xal almış “LeEco Le Pro 3” smartfonu qapayır.

İlk onluqda həmçinin bu smartfonlar da var:

“Xiaomi Mi5s Plus” -  153 777 xal
“Smartisan M1L” - 149 705 xal
“Xiaomi Mi5s” - 142 280 xal
“Oneplus 3” - 140 288 xal
“Vivo Xplay 5” - 138 706 xal
“Samsung Galaxy Note 7” - 138 373 xal
“LeEco Max 2” - 138 026 xal
 
Analitiklərin sözlərinə görə, “Apple” istehsalı olan smartfonlar özünün daxili A10 prosessoru sayəsində yeni TOP 10-nun qalibi olublar. Bununla belə, “Android” əməliyyat sistemi olan ən güclü mobil cihazlar “Qualcomm Snapdragon 821” çipinə malikdir.

Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube