•  – İlham Əliyev Türkmənistana getdi 
  •  – SON DƏQİQƏ! Azərbaycanın yeni Baş naziri TƏYİN EDİLDİ 
  •  – Artur Rasizadə: Elə bilirlər ki, Baş nazir olmaq asandır 
  •  – SON DƏQİQƏ! Milli Məclis bu gün yeni Baş nazir seçəcək 

İcra başçısının adı 8 milyonluq qalmaqalda hallanır – ABDİN FƏRZƏLİYEVİN ƏLBİR OLDUĞU 'İŞBAZLAR'...

Ölkə prezidenti İlham Əliyevin bütün xəbərdarlıqlarına baxmayaraq, öz vəzifə məsuliyyətlərini dərk etməyən, onlara göstərilən etimaddan sui-istifadə edərək şəxsi mənafeləri üçün çalışan məmurlar az deyil. Hansı ki, belə məmurlar prezidentin xalq arasında olan nüfuzundan da çirkin məqsədləri üçün istifadə etməkdən çəkinmirlər.

Belə məmurların bir neçəsinin birgə fəaliyyətinin, korrupsioner və dələduzluq əməllərinin qurbanı olmuş 100-dən çox ailənin pənah apardığı, üz tutduğu heç bir qurum, heç bir vəzifəli şəxs bu günə qədər onların səsinə səs verməmişdir. 
Belə ki, bu ailələr Nərimanov Rayon İcra Hakimiyyətinin və şəxsən icra başçısı Abdin Fərzəliyevin əlbir olduğu "işbazlar”ın əməllərindən külli miqdarda maddi ziyan çəkmiş və mənəvi sarsıntılara məruz qalmışlar. 

Hurriyyet.org-a məlumat verən mənbənin sözlərinə görə, bu çirkin əməlləri həyata keçirmək üçün vasitəçilik etmək məqsədi ilə Nəsibov Məzahir Dursun oğlu adlı bir şəxsi seçilmiş və onun əli ilə 100-dən çox ailənin ümumilikdə 8 (səkkiz) milyon manata yaxın vəsaiti mənimsənilmişdir. Onlar dələduzluq əməlinə Nərimanov rayonu ərazisində F.Yusifov küçəsi 40 ünvanında gözdən əlillər üçün tikilən 12 mərtəbəli 132 mənzilli binanı alət etmişlər. 

Belə ki, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyevin hərtərəfli şərait yaratması nəticəsində Nəsibov Məzahir evə ehtiyacı olan, sosial vəziyyəti zəif ailələrin ehtiyaclarından istifadə edərək onları aldatmışdır. O bildirmişdir ki, həmin bina Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin (AGƏC-in) balansında olan ərazidə inşa edildiyindən binadan müəyyən sayda mənzil Cəmiyyətin balansına veriləcək. Cəmiyyətə ayrılan həmin mənzillər isə Nərimanov Rayon İcra Hakimiyyətinin və şəxsən icra başçısı Abdin Fərzəliyevin razılığı, cəmiyyət sədri Səmyar Abdullayevin təşkilatçılığı ilə AGƏC üzvlərinin sosial şəraitlərinin yaxşılaşdırılması və Cəmiyyətin maddi tələbatlarının ödənilməsi məqsədi ilə ehtiyacı olan sosial təminatı zəif ailələrə və ya şəxslərə güzəştli şərtlərlə satılacaq. Onlar həmçinin qeyd etmişlər ki, məqsəd eyni zamanda gözdən əlillərin fiziki cəhətdən sağlam insanlardan təcrid edilməməsi və cəmiyyətə inteqrasiyasına köməklik göstərməkdir. Hər kəsi belə yalanlarla aldadan Məzahir Nəsibov bu yolla fərqli məbləğlər olmaqla xeyli sayda mənzil "satmış” və əlbir olduğu vəzifli şəxslərlə birlikdə külli miqdarda pul əldə etmişdir. 

Bu çirkin niyyətlərini həyata keçirmək naminə onlar qanunuz sənədlərin hazırlanmasını da təmin etmişlər. Bunun üçün icra başçısı Abdin Fərzəliyev tərəfindən müvafiq qurumlara, Nərimanov Rayon Polis İdarəsinə və AGƏC-in sədri Səmyar Abdullayevə göstrişlər verilmiş, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının aparatının müvafiq qurumları bu işə cəlb edilmişdir. 
Onlar güzəştli mənzil əldə edə bilmək üçün həmin ailə təmsilçisinin Nərimanov rayonu ərazisində qeydiyyata alınmasının və mənzil növbəsinə götürülməsinin mühüm şərt olduğunu bildirmişlər. Ailələrin təmsilçilərinin çoxu F.X.Xoyski prospekti 123A ünvanında qanunsuz qeydiyyata aldırılaraq, Nərimanov Rayon İcra Hakimiyyətində sosial təminatı az ailələr kimi mənzil növbəsinə götürülmüşlər. Məzahir Nəsibov Nərimanov Rayon icra başçısının imzası ilə təsdiqlənmiş və möhürlü sərəncamları da ailələrə təqdim etmişdir. O təminatçı kimi isə məhz Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və AGƏC-in sədri Səmyar Abdullayevi göstərmişdir. 

Məzahir Nəsibov hətta tikinti ərazisinə girişə icazə verilmədiyi halda "ev alanların” binaya baxış keçirmələrinə də şərait yaratmışdır. Zərərçəkənlərin əlində həmin vaxt mənzillərin özləri tərəfindən çəkilən foto və video görüntüləri də var. 
İstər gözdən əlillərin, istərsə də əlində olan bütün pullarını verib güzəştli şərtlərlə ev sahibi olmaq istəyən ailələrin gözlədiyi - 24 dekabr 2015-ci il tarixində cənab İlham Əliyev F.Yusifov küçəsi 40 ünvanında yerləşən binanın açılışını etmişdir. Bəzi ailələr aldandıqlarını elə həmin gün, cənab Prezidentin açılış nitqini dinləyərkən başa düşmüşlər. Prezident açılışda iştirak edən gözdən əlillərə bildirmişdir ki, bu bina sizlər üçün tikilib, Sizin rahatlığınız üçün lazım olan hər şəraitlə təmin edilib və başqa heç kəs bu binada yaşaya bilməz.

Təşvişə düşərək Məzahir Nəsibovla əlaqə saxlasalar da o, hər kəsi arxayın etmişdir ki, məsələ öz həllini tapacaq, hətta lazım gələrsə həmin ailələrə İcra Hakimiyyətinin balansında olan başqa binalarda mənzillər veriləcək.
Lakin heç bir nəticə əldə olunmamışdır. Son olaraq Məzahir Nəsibovun mobil telefonunu 19 mart 2016-cı il tarixindən zəng çatmaması şübhələri təsdiqləmişdir. Zərərçəkmişlər məsələ ilə bağlı dəfələrlə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevlə görüşmək istəsələr də cəhdləri boşa çıxmışdır. 

AGƏC-in sədri Səmyar Abdullayev isə məsələdən xəbərdar olmadığını deməklə məsuliyyəti öz üzərindən atmışdır. Gözdən əlil olmayan vətəndaşların Cəmiyyətin təqdimatı ilə mənzil növbəsinə götürülməsini isə Cəmiyyət işçilərinin nöqsanı kimi qiymətləndirmiş, özünün bu işdən xəbərsiz olduğunu bildirmişdir. Belə bir sual yaranır, axı işçilər sədrin xəbəri olmadan necə bu qədər səhv edə bilərlər?! Bir deyil, iki deyil, 100-dən çox vətndaşı mənzil növbəsinə hansı işçi sədrin xəbəri olmadan qeydiyyata aldıra bilər və hansı əsasla?! 

Şikayətlərin artdığını görən Səmyar Abdullayev vətəndaşlara dediyi bu sözləri də danaraq, ümumiyyətlə sənədlərin saxta olduğunu və Məzahir Nəsibov tərəfindən qanunsuz yollarla hazırlandığını demişdir. Görəsən, icra hakimiyyətinin möhürünü, icra hakiminin imzasını saxtalaşdırmaq bu qədərmi asan işdir?! Özü də bir yox, yüzlərlə saxta sənəd hazırlamaq üçün. Belədirsə, bu fakta niyə Nərimanov Rayon İcra Hakimiyyəti etinasız qalıb?

Hazırda qaçaraq Almaniyada gizlənən Məzahir Nəsibov isə özünün də vəzifəli şəxslər tərfindən aldadıldığını, bütün günahın onun üzərinə atıldığını deyir.

Qeyd edək ki, digər qanunsuz bir əməl isə vətəndaşların qeydiyyata götürüldükləri F.X.Xoyski küçəsi 123A ünvanındakı yataqxananın sökülməsi zamanı vətəndaşlara heç bir xəbər olunmamasıdır. Belə ki, bu səbəbdən həttə çoxları öz səsvermə hüquqlarından da istifadə edə bilməmişlər. Hal-hazırda bəzi şəxslər evləri olmadığı üçün heç bir yerdə qeydiyyata da düşə bilmirlər. Zrərçəkənlər düşünürlər ki, yataqxananın sökülməsi də elə bu dələduzluq planının bir hissəsidir və "iz itirmə” məqsədi daşıyır.

Görünən mənzərə odur ki, ortada yüksək vəzifəli şəxslərin də təmsil olunduğu korrupsioner dəstənin hər bir üzvü bu böyük dələduzluq əməlində eyni dərəcədə günahkardır. Təəssüflər olsun ki, onlara qarşı heç bir tədbir görülmür.
İndi bütün olan-olmazlarını verib ev sahibi olmaq istəyən ailələr çox ağır şəraitlərdə qohum-əqraba yanında, kirayələrdə yaşayırlar. Onlara problemlərinin həlli üçün köməklik göstərilməsini və dələduzluq edərək insanların ehtiyaclarından istifadə edilərək mənimsənilən pullarının geri qaytarılmasını istəyirlər. 

Qarşı tərəfi dinləməyə hazırıq.
Оставить комментарий
Cialis Quand Le Prendre Viagra E Metabolismo viagra Cialis Generico En Farmacias Similares How Long Before Amoxicillin Expires Viagra Rezeptfrei Kaufen Billig
Cialis Arreter Progesterone Menopause From Canada Store1 Mg Finasteride Cheap Propecia viagra Online Apotheek Doxycycline
real life is stories 4a57 k b is
usefull link is 100mg
gnrique is pfizer 57d6 super at is
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube