Bölmə: Maraqlı
Baxış sayı: 141
14-01-2017, 10:34
Ha­ki­miy­yət da­xi­lin­də ye­ni Fər­had Əli­ye­vin ya­ran­ma­sın­da kim­lər ma­raq­lı­dır?

Par­la­mentdə son büd­cə mü­za­ki­rə­lə­ri za­ma­nı ma­na­tın də­yər­siz­ləş­mə­sin­də, val­yu­ta qıt­lı­ğı ilə bağ­lı aji­o­taj ya­ran­ma­sın­da ma­raq­lı qüv­və­lə­rin var­lı­ğın­dan bəhs edi­lib. Hət­ta mil­lət və­ki­li Yev­da Ab­ra­mov Mil­li Məc­lis­də­ki çı­xı­şın­da "qa­ra ba­zar"a xü­su­si ma­şın­lar­da kül­li miq­dar­da val­yu­ta çı­xa­rıl­dı­ğı­nı, ey­ni gün­də 4 sa­at ər­zin­də hər dol­la­rın cid­di fərqlə alı­nıb-sa­tıl­dı­ğı­nı öz göz­lə­ri ilə gör­dü­yü­nü qeyd edib. 
Döv­lət Təh­lü­kə­siz­lik Xid­mə­ti­nin rə­i­si Mə­dət Qu­li­ye­vin açıq­la­ma­sı­na gö­rə, Pre­zi­dent İl­ham Əli­ye­vin tap­şı­rı­ğı əsa­sın­da "qa­ra ba­zar"la bağ­lı döv­lət baş­çı­sı­na mə­ru­zə­lər edi­lib və mü­va­fiq təd­bir­lər gö­rü­lüb. Ha­zır­da bu­nun­la bağ­lı araş­dır­ma­lar apa­rı­lır, ar­tıq şüb­hə­li şəxslər mü­əy­yən­ləş­di­ri­lib.
Xa­tır­la­daq ki, KİV-lər bun­dan əv­vəl Azər­bay­can Bey­nəl­xalq Ban­kı­nın rəh­bə­ri El­mar Məm­mə­do­vun iş­dən çı­xa­rıl­ma­sı­nın sə­bə­bi ki­mi xa­ri­ci val­yu­ta­nın şəx­si qa­zanc və di­gər məq­səd­lər­lə "qa­ra ba­zar"a ötü­rül­mə­si­ni gös­tə­rib. Lent.az say­tı mə­sə­lə ilə bağ­lı tə­fər­rü­at­la­ra va­ra­raq qeyd edib ki, tək­cə ABB səd­ri de­yil, "Azər-Türk Bank"ın rəh­bə­ri Fər­had Adı­gö­zə­lov da "qa­ra ba­zar"a kül­li miq­dar­da val­yu­ta bu­ra­xıl­ma­sı və banklar­da xa­ri­ci val­yu­ta qıt­lı­ğı­nın ya­ra­dıl­ma­sın­da iş­ti­rak et­di­yi­nə gö­rə iş­dən uzaq­laş­dı­rı­lıb.
ABB-nin öl­kə­nin pul si­ya­sə­ti­nin hə­ya­ta ke­çi­ril­mə­sin­də va­cib rol oy­na­dı­ğı­nı nə­zə­rə al­saq, baş ve­rən­lər sen­sa­si­ya he­sab olu­na bi­lər. Çün­ki bu ban­ka rəh­bər­lik stra­te­ji və­zi­fə sa­yı­lır və hə­min və­zi­fə­ni ye­ri­nə ye­ti­rən şəx­sin döv­lət rəh­bər­li­yi­nin si­ya­sə­ti­nə tam sa­diq ol­ma­sı, tə­miz iş­lə­mə­si və heç bir çir­kin ma­liy­yə oyun­la­rın­da iş­ti­rak et­mə­mə­si va­cib­dir.
Bil­di­ril­di­yi­nə gö­rə, ya­ran­mış mü­rək­kəb və­ziy­yə­ti təh­lil et­mək və növ­bə­ti für­sət­çi­lə­ri mü­əy­yən­ləş­dir­mək üçün ye­ni ya­ra­nan Ma­liy­yə Ba­zar­la­rı­na Nə­za­rət Pa­la­ta­sı çox cid­di şə­kil­də iş­lə­yir­miş. Araş­dır­ma­lar nə­ti­cə­sin­də xa­ri­ci val­yu­ta qıt­lı­ğı­nın ya­ran­ma­sın­da "qa­ra ba­zar"ın çi­çək­lən­mə­si­nin və bu iş­də əsa­sən ABB və "Azər-Türk Bank"ın yu­xa­rı­da gös­tə­ri­lən fə­a­liy­yə­ti­nin rol oy­na­dı­ğı ay­dın olub. Bu­nun­la bağ­lı Pa­la­ta tə­rə­fin­dən hər iki ban­kın rəh­bə­ri­nə də­fə­lər­lə şi­fa­hi və ya­zı­lı xə­bər­dar­lıq edi­lib. Bə­zi mə­lu­mat­la­ra gö­rə, hət­ta on­lar hü­quq-mü­ha­fi­zə or­qan­la­rı­na da də­vət olu­nub. La­kin uy­ğun nə­ti­cə çı­xa­rıl­ma­dı­ğı­na gö­rə hər iki şəxs iş­dən uzaq­laş­dı­rı­lıb.
Qeyd edək ki, ABB-nin sa­biq səd­ri Ca­han­gir Ha­cı­yev iş­dən azad olun­duq­dan son­ra Döv­lət Neft Fon­du hə­min ban­ka 1 mil­yard dol­lar kre­dit ayı­rıb. Ha­zır­da kre­dit alan ban­kın rəh­bə­ri­nin iş­dən azad edil­mə­si on­dan xə­bər ve­rir ki, ABB-nin ida­rə­et­mə sis­te­min­də cid­di prob­lem­lər hə­qi­qə­tən möv­cud olub və hə­lə də tam ara­dan qal­dı­rıl­ma­yıb.
Xa­tır­la­daq ki, C.Ha­cı­ye­vin ci­na­yət­kar fə­a­liy­yə­ti nə­ti­cə­sin­də təx­mi­nən 5 mil­yard dol­lar­dan ar­tıq və­sa­it öl­kə­dən çı­xa­rı­lıb. Bu əmə­li­nə gö­rə o, həbs və məh­kum olu­nub. ABB-nin Mü­şa­hi­də Şu­ra­sı­nın mü­va­fiq qə­ra­rı ilə El­mar Məm­mə­dov, da­ha son­ra isə Xa­lid Əhə­dov ABB-nin səd­ri tə­yin olu­nub.
E.Məm­mə­dov 2015-ci ilin iyu­lun­da və­zi­fə­si­nin ic­ra­sı­na baş­la­mış­dı. Bu tə­yi­na­ta qə­dər isə o, "Ka­pi­tal Bank"da (2009-cu ilin iyu­nun­dan) və "Azər-Türk Bank"da (2014-cü ilin so­nun­dan) İda­rə He­yə­ti­nin səd­ri ol­muş­du. Mə­lu­ma­ta gö­rə, E.Məm­mə­dov "Az­sı­ğor­ta" şir­kə­ti­nin rəh­bə­ri Məm­məd Məm­mə­do­vun oğ­lu­dur və ma­liy­yə na­zi­ri Sa­mir Şə­ri­fo­vun ya­xın ada­mı ki­mi ta­nı­nır. Onun ma­liy­yə sa­hə­sin­də par­la­ma­sın­da S.Şə­ri­fo­vun bö­yük hi­ma­yə­çi­lik ro­lu ol­du­ğu de­yi­lir. E.Məm­mə­do­vun "Ka­pi­tal Bank"ın rəh­bə­ri və­zi­fə­si­nə tə­yin olun­ma­sın­da da S.Şə­ri­fo­vun həl­le­di­ci rol oy­na­dı­ğı vur­ğu­la­nır. La­kin be­lə güc­lü hi­ma­yə­da­rın ol­ma­sı­na bax­ma­ya­raq, bir ne­çə il­dən son­ra onun bu və­zi­fə­dən uzaq­laş­dı­rıl­ma­sı ki­fa­yət qə­dər ma­raq­lı­dır və sı­ra­dan ha­di­sə sa­yı­la bil­məz. Eh­ti­mal edi­lir ki, E.Məm­mə­dov so­vet döv­rün­dən qa­lan əma­nət­lə­rin ge­ri qay­ta­rıl­ma­sı pro­se­sin­də çox cid­di po­zun­tu­la­ra yol ve­rib və bu­na gö­rə də cə­za­lan­dı­rı­lıb.
Az son­ra S.Şə­ri­fov "mü­qəd­dəs mis­si­ya­sı­nı" da­vam et­di­rə­rək onu bu də­fə "Azər-Türk Bank"ın rəh­bə­ri və­zi­fə­si­nə gə­ti­rə bi­lib. Xa­tır­la­daq ki, me­dia C.Ha­cı­ye­vin ABB-də­ki ma­xi­na­si­ya­la­rı­nın açıl­ma­sın­da S.Şə­ri­fo­vun bö­yük ro­lu­nun ol­du­ğu­nu da­vam­lı şə­kil­də ya­zır­dı. Gö­rü­nür, C.Ha­cı­ye­vin mə­sə­lə­si­ni həll edən S.Şə­ri­fov onun ye­ri­nə E.Məm­mə­do­vun təq­di­ma­tı­nı irə­li sür­mək­lə ABB-yə nə­za­rə­ti ələ ke­çir­mək məq­sə­di gü­düb. 
Bəs E.Məm­mə­o­vun ye­ni və­zi­fə­də öm­rü ni­yə bu qə­dər qı­sa ol­du? Qeyd edək ki, döv­lət rəs­mi­lə­ri ABB-nin fə­a­liy­yə­ti­nin sağ­lam­laş­dı­rıl­ma­sı ilə bağ­lı cid­di təd­bir­lə­rin atı­la­ca­ğı­nı və ban­ka yük­sək məb­ləğ­də və­sa­it­lə­rin ve­ri­lə­cə­yi­ni ön­cə­dən bə­yan et­miş­di. Eh­ti­mal ki, S.Şə­ri­fov öz pro­te­je­si­ni ban­kın rəh­bər­li­yi­nə gə­tir­mək­lə hə­min və­sa­it­lə­rin aqi­bə­ti­ni məq­səd­lə­ri­nə uy­ğun həll et­mə­yi qa­baq­ca­dan plan­laş­dı­rıb­mış. 
Me­di­a­ya sı­zan mə­lu­ma­ta gö­rə, E.Məm­mə­do­vun va­si­tə­si­lə ABB-nin və­sa­it­lə­ri­nin "qa­ra ba­zar"a çı­xa­rıl­ma­sı da bu pla­nın tər­kib his­sə­si olub. Nə­ti­cə­də hə­min əmə­liy­ya­tı qu­rub hə­ya­ta ke­çi­rən­lər bir ne­çə gü­nün için­də kül­li miq­dar­da və­sa­it əl­də edib­lər. Di­gər tə­rəf­dən isə, öl­kə­də le­qal val­yu­ta sa­tı­şın­da, di­gər banklar­la mü­qa­yi­sə­də, "Azər-Türk Bank"a üs­tün şə­ra­it ya­ra­dı­lıb. Be­lə de­mək müm­kün­dür­sə, "Azər-Türk Bank" val­yu­ta mo­no­po­lis­ti­nə çev­ri­lə­rək sa­hib­lə­ri­nə əla­və gə­lir gə­ti­rən şəx­si kon­tor ki­mi iş­lə­di­lib.
De­mə­li, bir tə­rəf­dən ABB-nin dol­lar eh­ti­ya­tı­nın "qa­ra ba­zar"a çı­xa­rıl­ma­sı, di­gər tə­rəf­dən "Azər-Türk Bank"a mo­no­po­list im­kan­la­rın ya­ra­dıl­ma­sı dar çər­çi­və­də­ki iş­baz­la­ra mil­yon­lar qa­zan­dır­maq­la ya­na­şı, öl­kə­də cid­di val­yu­ta aji­o­ta­jı­na sə­bəb olub. Son dövrlər cid­di iq­ti­sa­di və ma­liy­yə sə­bəb­lə­ri ol­ma­dan dol­la­rın kur­su­nun ar­dı­cıl yük­səl­mə­si­nin də bu amil­lə bir­ba­şa əla­qə­si var.
Ma­raq­lı di­gər mə­qam val­yu­ta qıt­lı­ğı ət­ra­fın­da müb­həm oyun­lar­da mü­xa­li­fə­tin izi­nin or­ta­ya çıx­ma­sın­dan iba­rət­dir. Be­lə ki, hər für­sət ya­ran­dıq­da öl­kə­nin ma­liy­yə-iq­ti­sa­di sis­te­mi­ni ar­dı­cıl tən­qid edən mü­xa­li­fət me­di­a­sı, xa­ri­ci KİV-lər və on­la­rın azər­bay­can­dil­li uzan­tı­la­rı sa­yı­lan bə­zi saytlar baş ve­rən olay­lar­la bağ­lı seyrçi möv­qe nü­ma­yiş et­dir­mə­yi üs­tün tu­tub. Hət­ta Ca­han­gir Ha­cı­yev və onun və­kil­lə­ri­nin cid­di cəhdlə­ri də on­la­rı ma­liy­yə na­zi­ri və ABB-nin iş­dən uzaq­laş­dı­rıl­mış səd­ri haq­da it­ti­ham­la­ra qo­şul­ma­ğa hə­vəs­lən­di­rə bil­mə­di. Re­dak­si­ya­mı­za in­for­ma­si­ya ve­rən mən­bə­nin id­di­a­sı­na gö­rə, bu me­dia re­sursla­rı­nın elektron ver­si­ya­la­rın­da yer al­mış ya­zı­lar bir tə­rəf­dən ki­fa­yət qə­dər cid­di məb­ləğ­də ödə­niş­lə­rin he­sa­bı­na, di­gər tə­rəf­dən də Qərb fondla­rın­dan bi­ri­nin yer­li nü­ma­yən­də­li­yi­nin və Qərb dip­lo­mat­la­rın­dan bi­ri­nin işə qa­rış­ma­sı nə­ti­cə­sin­də si­li­nib, ka­ğız ver­si­ya­la­rın­da isə ümu­mən dərc edil­mə­yib.
Diq­qət­çə­kən bir nü­ans da odur ki, bu ma­xi­na­si­ya­nı hə­ya­ta ke­çi­rən­lər "qa­ra ba­zar"ı itir­mə­mək və öz­lə­ri­nin gə­lə­cək si­ya­si id­di­a­la­rı­nı ört-bas­dır et­mək üçün əks hü­cu­ma ke­çib. Be­lə ki, on­lar me­di­a­ya Bey­nəl­xalq Ban­kın ye­ni di­rek­to­ru Xa­liq Əhə­do­vun keç­miş mü­sa­vat­çı ol­ma­sı ba­rə­də mə­lu­mat ötü­rə­rək, onu ha­ki­miy­yə­tin gö­zün­dən sal­ma­ğa və bu yol­la da zə­rər­siz­ləş­dir­mə­yə cəhd gös­tə­rir. 
Ma­liy­yə na­zi­ri ilə bağ­lı da­ha bir ma­raq­lı id­dia ilə dia.az say­tı çı­xış edib. Ya­zı­nın ha­di­sə­lə­rin ma­hiy­yə­ti­ni an­la­ma­ğa kö­mək edə­cə­yi­ni nə­zə­rə alıb, ol­du­ğu ki­mi təq­dim edi­rik. "2005-ci ilin ha­di­sə­lə­ri­ni xa­tır­la­yan­lar yax­şı bi­lir­lər, o za­man­lar iq­ti­sa­di in­ki­şaf na­zi­ri olan Fər­had Əli­yev də hö­ku­mə­tə val­yu­ta ba­za­rın­da əzə­lə nü­ma­yiş et­dir­mək fik­ri­nə düş­dü. Bir gü­nün için­də val­yu­ta­də­yiş­mə mən­tə­qə­lə­rin­də dol­lar qey­bə çə­kil­di. Cid­di siq­nal idi. Və "yu­xa­rı­lar" bu siq­na­lı gə­rə­kən for­ma­da qə­bul et­di­lər. Sa­bo­ta­jın al­tın­da im­za­sı olan Fər­had Əli­ye­vin qol­la­rı­na qan­dal vu­rul­du, uzun il­lər həbsdə yat­dı". Bu fik­ri səs­lən­di­rən mə­lu­mat­lı mən­bə id­dia edir ki, in­di də ana­lo­ji qay­da­da ma­liy­yə na­zi­ri Sa­mir Şə­ri­fov hö­ku­mə­tə güc gös­tər­mək sev­da­sı­na dü­şüb. Mən­bə­nin söy­lə­dik­lə­ri: "Tə­bii ki, Sa­mir Şə­ri­fov ar­tıq peş­man olub. Am­ma gec­dir. Onun "qa­ra ba­zar"a dol­lar ötür­mə­si, aş­kar şə­kil­də öl­kə­də ba­ha­laş­ma­ya rə­vac ve­rən fə­a­liy­yət­də bu­lun­ma­sı, bu za­man Azər­bay­can döv­lə­ti­nin, xal­qı­nın və ha­ki­miy­yə­tin ma­raq­la­rı­nı nə­zə­rə al­ma­ma­sı ona ba­ha ba­şa gə­lə bi­lər".
Mən­bə id­dia edir ki, S.Şə­ri­fov tək­cə "Azər-Türk Bank"la de­yil, da­ha bir ne­çə is­ti­qa­mət­lə "qa­ra ba­zar"a dol­lar axı­nı təş­kil edib: "Sa­mir Şə­ri­fov in­di çə­tin du­rum­da­dır və çı­xış yo­lu ara­yır. Bu­nun axı­rı ne­cə ola­caq, za­man­la gö­rə­cə­yik"...
Baş ve­rən­lə­rin ümu­mi mən­zə­rə­si bir müd­dət əv­vəl sa­biq dip­lo­mat Arif Məm­mə­dov­la bağ­lı qal­ma­qa­lı xa­tır­la­dır. Qər­bin bəl­li çev­rə­lə­ri və öl­kə mü­xa­li­fə­ti­nin mü­əy­yən qa­na­dı sa­biq dip­lo­mat ət­ra­fın­da sse­na­ri­lər qu­ra­raq, onun va­si­tə­si­lə Azər­bay­ca­nın dip­lo­mat kor­pu­sun­da ye­ni mü­xa­li­fət­çi­lər ye­tiş­dir­mək pla­nı­nı işə sal­mış­dı. Gö­rü­nür, dip­lo­mat­lar­la bağ­lı baş tut­ma­mış oyu­nun baş­qa for­ma­da öl­kə da­xi­li­nə transfe­ri­nə cəhdlər edi­lir...

bakıxəbər