•  – İlham Əliyev Türkmənistana getdi 
  •  – SON DƏQİQƏ! Azərbaycanın yeni Baş naziri TƏYİN EDİLDİ 
  •  – Artur Rasizadə: Elə bilirlər ki, Baş nazir olmaq asandır 
  •  – SON DƏQİQƏ! Milli Məclis bu gün yeni Baş nazir seçəcək 

Bəzi dövlətlərin məqsədyönlü siyasəti qadınları terror təşkilatlarının oyuncağına çevirir


Radikal dini cərəyanlar öz qlobal torlarına ən çox qadınları, uşaqları, maddi cəhətdən təmin olunmamış, sosial müdafiəsi zəif olan həssas təbəqələri asanlıqla salırlar. Sonra isə həmin təbəqələrdən öz çirkin əməllərini həyata keçirmək üçün istifadə edirlər. 
Dünyanın aparıcı radikal dini cərəyanlarının yaranmasını və fəaliyyətini araşdıranda məlum olur ki, onların çoxu siyasi məqsədlərlə yaradılıb. Həmin cərəyanlara istinadən yaradılan müxtəlif profilli təşkilatlar isə bəzi dövlətlərin maraqlarının müdafiəçisi qismində çıxış edirlər.  
Dövlətlər arasındakı siyasi münasibətlər radikal dini cərəyanların öz fəaliyyətlərini hansı yöndə quracaqlarını müəyyənləşdirməyə istiqamət verir. 
Dövlət Təhlükəsizlik Xidmətinin məsul əməkdaşı Suat Mahmudovun sözlərinə görə, bu, imkan verir ki, cərəyanlar öz təsirlərini fəaliyyət göstərdikləri regionlardan kənara çıxarsınlar. Dövlətlər arasında baş verən münaqişələr həmin dövlətlərin sərhədlərinin dəyişməsinə, dövlətlərin zəifləməsinə və iflic vəziyyətə düşməsinə səbəb olur.
"Əgər hansısa dövlət özünü qorumaq istəyirsə, ilk öncə bir dövlət kimi güclənməli, vətəndaş cəmiyyətini inkişaf etdirməlidir. Bu, həm də tələb edir ki, cəmiyyətdə radikalizm, terrorizm kimi neqativ amillərin düzgün izahatı aparılsın, əhaliyə onların hansı fəsadlara gətirib çıxara biləcəyi izah olunsun" – deyə Mahmudov radikal dini təşkilatların iş prinsipindən danışarkən deyib. 
"Radikal dini cərəyanlar öz fəaliyyətlərini genişləndirmək üçün ilk növbədə reklama əl atırlar. Bunun üçün virtual məkandan geniş istifadə olunur. Hansısa səhnələr çəkilir, din alimlərinin çıxışları hazırlanaraq təbliğ olunur. Müasir dövrdə bunu yüksək peşəkarlıqla həyata keçirirlər. Hiss olunur ki, bu radikal təşkilatların arxasında ciddi qüvvələr dayanır. Onlar əhalini öz təsirləri altında saxlamaq və lazım gələndə istifadə etmək üçün bu variantlara əl atırlar" – Suad Mahmudov deyib.
DTX nümayəndəsi qeyd edib ki, Azərbaycan xalqı bütün dinlərin evolyusiya mərhələlərini keçib və bu səbəbdən də dini baxımdan çox tolerantdır. Amma bu tolerant vətəndaşların haqları qorunmalıdır, onlara hansısa radikal dini cərəyanların basqı yaratmasına yol vermək olmaz. Bu vəziyyət bizi radikal cərəyanların fəaliyyətinə həssas yanaşmağımızı tələb edir.
O həmçinin xatırladıb ki, ötən il Azərbaycan dövləti İraqda əsirlikdə olan azərbaycanlı azyaşlı uşaqların ölkəyə gətirilməsini təmin edib: "Biz o uşaqları gətirib ailələrinə təhvil verəndə bunun necə acınacaqlı səhnə olduğunu gördük. İnsanlar bu cür səhnələri göz önünə gətirib dərk etməlidirlər ki, qeyri-ənənəvi, radikal dini cərəyanlara qoşulmaq hansı nəticələrə gətirir. Bunun ən ağrılı tərəfi də məhz əhalinin kövrək təbəqəsinin bu prosesə alət olmasıdır".
DTX nümayəndəsi hesab edir ki, bəzi dövlətlərin məqsədyönlü siyasəti qadınları terror təşkilatlarının oyuncağına çevirir.
P.s.Bu yazı “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qadınların radikal dini cərəyanlar barədə maarifləndirilməsi mövzusunda tədbirlərin təşkili” layihəsi çərçivəsində yazılıb.
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube