•  – İlham Əliyev Türkmənistana getdi 
  •  – SON DƏQİQƏ! Azərbaycanın yeni Baş naziri TƏYİN EDİLDİ 
  •  – Artur Rasizadə: Elə bilirlər ki, Baş nazir olmaq asandır 
  •  – SON DƏQİQƏ! Milli Məclis bu gün yeni Baş nazir seçəcək 

Geyimdə hansı rənglərə üstünlük vermək bəyənilir?

Əvvəla, bunu qeyd edək ki, dinimiz hər zaman təmiz və səliqəli geyinməyi təşviq edir. Kirli, səliqəsiz, başqalarına narahatlıq gətirən libasları geyinmək bəyənilmir. Xüsusilə, cəmiyyət içinə çıxdıqda, məscidə getdikdə bu qaydaya riayət etmək çox mühümdür. Hətta dinimiz məscidə gedən adamın sarımsaq və soğan yeməsini də bəynmir ki, ətrafdakılar pis qoxudan əziyyət çəkməsinlər. Namaz qılan zaman da ətir səpmək, təzə libaslar geyinmək müstəhəbdir, çünki insan Allahın və mələklərin qarşısında qərar tutur. Libasın təzə olması mühüm deyil, əsas odur ki, təmiz və səliqəli olsun. Dinimiz ağ və ya digər açıq rəngli paltarları geyinməyi daha çox təşviq edir.

Shefeq.az islam.az-a istinadən bildirir ki, çünki əvvəla bu paltarlar tez kirləndiyi üçün, insanı təmizliyə riayət etməyə vadar edir. İkincisi, açıq rəngli parça isti mühitddə Günəş işığını yaxşı əks etdirir və dərinin "nəfəs almasını" təmin edir. Bəzi hədislərdə sarı rəngli geyimə üstünlük vermək barədə tövsiyələrə rast gəlirik. Məhərrəmlik kimi matəm günlərində tünd rəngli geyimlər daha çox bəyənilir. Geyim diqqəti cəlb etməsə daha yaxşıdır. Zəmanənin dəbinə uyğun olan, çox seçilməyən, qəribə qarşılanmayan geyimlər dinimizdə xoş qarşılanır. Xüsusilə, qadınlar şəriətin lazım bildiyi örtük həddinə riayət etməklə yanaşı, diqqəti cəlb etməyən, alabəzək olmayan libaslar geyinməlidirlər.
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube