•  – Rusiyadan Ermənistana Qarabağ xəbərdarlığı: savaş ola bilər 
  •  – Məşhur rus şirkəti Gürcüstana uçuşları tamamilə dayandırdı 
  •  – Bu Komitənin tabeliyindəki qurumların siyahısında dəyişiklik edildi 
  •  – Azərbaycan müəllimlərinə şad xəbər: MAAŞLAR ARTDI 

Gəncə xanlığının tarixi bayrağı ölkəyə gətirildi – Foto

Qədim Gəncə xanlığının tarixi bayrağının Rusiyanın Sankt-Peterburq şəhərində bərpa edilmiş nüsxəsi Gəncə şəhərinə gətirilib.

Shefeq.az oxu.az-a istinadən xəbər verir ki, bayraq “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun sifarişi ilə orijinal bayrağın əsasında hazırlanıb.


Cavad xan dövrünə aid olan bayrağın üzərindəki ornamentlər bayrağın əslində göstərilən şəkildə hazırlanıb. Onun yuxarı hissəsində müasir Gəncənin gerbinə çevrilmiş aypara simvolu, altında isə Azərbaycan bayrağında öz əksini tapmış səkkiz guşəli ulduz simvolu yer alıb.

174 x127 sm ölçüdə, dördkünc formasında, ipək parçadan olan Gəncə xanlığının bayrağı “Cavad Xan” Tarix və Mədəniyyət Fondunda, o cümlədən Gəncə Tarix Diyarşunaslıq muzeyində saxlanılacaq.
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube