3-01-2017, 22:29

Müsahibimiz gənc güləşçi Hacı Əliyevdir. Onunla qısaca söhbətləşdik. Həmin  müsahibəni sizə təqdim edirik.


- Necə oldu Hacı Əliyev tanındı və əslində Hacı kimdir?

-Hər bir insan kimi biri, sadəcə idmanda əziyyət çəkən bir insan,böyük uğurlar qazanmaq üçün  can atan biri...

-  Güləşçi  olmağınzın idman meydanlarından kənarda yəni gündəlik yaşamınızda sizə nə kimi üstünlükləri var?-
- Gündəlik həyatıma maraqlı təsiri var,hər  hara gedirəmsə tanınıram bu da xoş olur insana , insanlar hörmət edir,və idmanda olduğum üçün çox kənar yerlərə getmirəm çünki idmançıya yaraşan bir şey deyil.
- Bir gün bu bacarığınız əlinizdən alınsaydı başqa nə islə məşğul olardız? Və ya arzusunda olduğunuz bir peşə varmı?
-   Bu idmandı bu gündə  zədə  olsa idmandan uzaqlaşa bilərəm amma artiq gecdi başqa sənət seçməyim,amma futbolçuda olmaq istəyirdim əvvəllər.

- Hər görüşdən qabaq inandığınız  bir "totem" varmi ki həmişə onu edirsiz? Və ya hər  zaman üstünüzdə gəzdirdiyiniz bir talismanınız varmi?

-Görüşlərdən qabaq  Qurandan Ayələr təkrarlayıram yalnız ALLAHdan səbr güc qələbə  istəyirəm.

- Hobbiniz nədir?

- Karaoke və futbol

- Əgər sizi arzu edib və sizdən dərs almağı istəyən uşaqlar olarsa, onlara nə  kimi köməklik edə bilərsiz?

-Məşqlər zamanı gənc idmançılara  bildiklərimdən öyrədirəm,və kim yaxinlaşırsa həmişə nələrsə görsədirəm,özümədə xoşdu ki, kimlərəsə nəsə öyrədə bilirəm.

- Qalib gəldiyiniz zaman nə hisslər keçirirsiz və ilk ağlınıza nə gəlir?
- O hissləri dildə demək çətindi çox sevinirəm və bayrağı qacırtmağı fikirləşirəm ən gözəl sevincdi.

- Sosial şəbəkənin həyatınızda rolu?

- Normalda  azərkeşlər yazır idmana marağı olanlar yazırlar suallar verirlər cavablandırmaqda xoşdu insanlara azda olsa cavab verib sevinc bəxş edirəm.


- İdealınız kimdir?


- Öndə gedən hər bir insan idealımdır

-  Arzusunda olduğunuz bir xəyal varki o arzu həyata keçərsə siz ən xoşbəxt insan olarsınız? Və hansı arzunuz olubki o reallaşıb danışa bilərsiz?

-Mən həyatımı idmanla qurmuşam idmanla nəfəs alıram və idmandada ən böyük arzu istək  Olimpiya çempionu olmaqdır arzum budur,ama dünya çempionu olduğum zamanda çox xoşbəxt olmuşam çəkdiyim əziyyətlər yerdə qalmayııb,ailə qurmaq arzusunda olmuşam övladım olmağını ALLAHdan istəmişəm  buda olub şükür ALLAHA.

- Sonda belə bir sual ilə yekunlaşdırım siz başqası olsaydınız, Hacı sizin üçün kim olardı?

- Hacı  mənim üçün gözəl insan, nəticəli idmançı, vətənini, bayrağını, millətini səvən biri...







 

Aysun Qurbanova



loading...