Baxış sayı: 326
1-01-2017, 23:40
Şəhid balasına bilet satmadılar. Mingəçevirli şəhid Rahim Tağıyevin ailəsinin qarşılaşdığı problemləri tez-tez işıqlandırırıq. Bu dəfə isə şəhidin kiçik oğlunun qarşılaşdığı haqqsızlığı şəhidin xanımı shefeq.azla bölüşdü: Xəstəxanada müalicə alırdım. Balacam Nicat xəstəıəndi. Müalicəni yarım buraxıb evə gəldim. Rahim hər il bizi gəzməyə aparırdı Yeni İldə. Nicat dedi ana, məni parka apar maşın sürüm. İynələrimi vurdurub, uşaqları burada parka apardım. Bilet satan oğlandan bilet istəyəndə dedi ki, uşaq çoxdu verə bilmərəm. Nicatımın gözü dolmuşdu. Dedim nə olar bilet ver şəhid balasıdı. Dedi get rəhbərliyə şikayət elə. Oğluma bilet satmadılar. Nicatım gözüyaşlı qaldı bayram günündə. Məni yandırır Rahim başqa uşaqlar atasından ayrılmasın  deyə şəhid oldu, bu gün onun uşaqları gözüyaşlı gəzir...