•  – Prezident icra başçısı ilə bağlı SƏRƏNCAM İMZALADI 
  •  – Prezident Mikayıl Cabbarova daha bir vəzifə verdi - SƏRƏNCAM 
  •  – Deputatlar şərabla bağlı təklif irəli sürdülər: "Şadlıq saraylarında..." 
  •  – Millət vəkili: "Nazirlərin mülkləri satılsın, pulları şəhid ailələrinə verilsin" 

Qlobal bazarda dolların qiyməti açıqlanıb

ABŞ dollarının indeksi 0,09% möhkəmlənərək 103,1 bənd səviyyəsinə çatıb


Shefeq.az APA-ya istinadən xəbər verir ki, beləliklə, dolların indeksi yenidən 14 illik maksimum göstərici olan 103,65 bənd səviyyəsinə yaxınlaşıb.

Avro dollara nisbətən 0,13% ucuzlaşaraq 1,0439 dollar həddinə enib. Halbuki, bundan öncə avro 1,0469 dollaradək bahalaşa bilib.

Avstraliya dolları 0,18%, yəni 0,7182 dollaradək ucuzlaşıb. Beləliklə, “yaşıl qitə”nin rəsmi valyutasının məzənnəsi 7 aylıq minimuma, yəni 0,7160 dollar səviyyəsinə yaxınlaşıb.

ABŞ valyutası İngiltərə funt sterlinqinin məzənnəsinə də təzyiq göstərməkdədir. Belə ki, funt sterlinq 0,21%, yəni 1,2271 dollar səviyyəsinədək ucuzlaşıb.

Dollar Yaponiya yeninə qarşı 0,22% möhkəmlənib və 117,33 yenə çatıb. Xatırladaq ki, Donald Tramp prezident seçilən gündən dollar yenə qarşı bahalaşır. Seçkilərdən bu günədək yen 10% ucuzlaşıb.

Qeyd edək ki, bir çox birjalar bayram tətilinə görə bağlansa da, bəzilərində kiçik həcmdə ticarətlər aparılır. Yeri gəlmişkən, bazar iştirakçıları dolların ciddi korreksiyaya uğramasını proqnozlaşdırır.

Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube