Baxış sayı: 91
24-11-2016, 14:42

Bakı-Quba magistralında mikroavtobus yanıb.


ATV-nin şimal bürosundakı əməkdaşı Rauf Bayramın məlumatına görə, magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində “İnter” futbol klubunun futbolçularının olduğu mikroavtobus anidən yanmağa başlayıb.


Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Mikroavtobusda olan 20 futbolçu içəri tüstü dolan kimi maşından düşürülüb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub, yanğın söndürülüb.