Bölmə: Manşet / Hadisə
Baxış sayı: 7
13-08-2017, 16:14

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Shefeq.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Düz Qışlaq kəndində qeydə alınıb.

Kənd sakini 2004-cü il təvəllüdlü Ella Qasımova yolu keçən zaman “Niva” markalı avtomobil tərəfindən vurulub. Ağır bədən xəsarətləri alan 13 yaşlı qız hadisə yerində ölüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.


shefeq.az