Bölmə: Manşet / Hadisə
Baxış sayı: 51
13-08-2017, 11:27

Bakıda intihar hadisəsi qeydə alınıb.

Hadisə bu gün səhər saatlarında Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində baş verib.

Belə ki, 1998-ci il təvəllüdlü Ağayev Elman Cəmil oğlu özünü yaşadığı evin qapısından asıb. Köynəyi ilə özünü asan gəncin intihar etməsinə isə qəbul imtahanından az bal yığması səbəb olub.

19 yaşlı gənc, intihar etməzdən öncə “WhatsApp”da status bölməsinə ölümdən yox, anasının göz yaşı axıtmağından qorxduğunu yazıb.

Qonşularının verdiyi məlumata görə, III qrupa imtahan verən Elman 201 bal toplaya bilib (Yenicag.az).


shefeq.az