Bölmə: Manşet / Hadisə
Baxış sayı: 112
2-06-2017, 04:23

Daha bir qəzada isə 8 yaşlı məktəbli dünyasını dəyişib

Ağaca çırpılan avtomobil 2 yerə bölünüb. Nəticədə 2 nəfər ölüb. Dəhşətli hadisə gecə saatlarında Qax rayonu Dəymədağlı kəndi ərazisindən keçən magistral yolda baş verib. Zaqatala rayonu Yuxarı Tala kənd sakini, 33 yaşlı Bəhruz Ramazanovun idarə etdiyi avtomobil idarəetmənin itməsi səbəbindən yolun kənarındakı ağaca çırpılıb. Nəticəsində avtomobil iki yerə bölünüb və yanıb. Hadisə nəticəsində sürücü Bəhruz Ramazanov və sərnişin, 32 yaşlı Ruslan Muradov aldıqları müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.Avtomobildə olan digər sərnişinlər 29 yaşlı Həsrət Kərimov və 40 yaşlı İlqar Əhmədov isə Qax Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.

Axşam saatlarında Ələt-Astara magistral yolunun Lənkəran rayonunun Gərmətük kəndinən keçən hissəsində qəza olub. Kamran Hüseynovun idarə etdiyi avtomobil velosiped sürən Zamin Xəlilovu vurub. Sürücü yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Onun vəziyyəti ağır olduğundan həyatını xilas etmək mümkün olmayıb.

Zaqatalada baş verən yol-qəza hadisəsində 8 yaşlı məktəbli dünyasını dəyişib. 38 yaşlı Rəşad Zakirov idarə etdiyi avtomobillə şəhər ərazisində hərəkətdə olarkən, 2 saylı tam orta məktəbin qarşısında yolu keçmək istəyən ikinci sinif şagirdi, rayonun Aşağı Tala kənd sakini 8 yaşlı İsmayıl Şirdanovu vurub. Hadisəni törədən şəxs uşağı Xəstəxanaya çatdırsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


shefeq.az