•  – Peter Pelleqrini Azərbaycanda: rəsmi səfər 
  •  – Nazir: "Azərbaycan ümid edir ki, Bolqarıstan-Yunanıstan qaz bağlantısı layihəsi tezliklə həyata keçiriləcək" 
  •  – Türkiyə və ABŞ qarşılıqlı şəkildə sanksiyaları ləğv etdilər 
  •  – Özlərini apara bilməsələr..." - Deputatlara tətbiq edilən qadağalar genişləndirilir 

Yasamalda 75 yaşlı kişi mənzilində diri-diri YANDI

Bu gün Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m2 sahədə yanıb.
Shefeq.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğının kəşfiyyatı zamanı ev sahibi, 1945-ci il təvəllüdlü Aslanov Əkbər Adil oğlunun cəsədi yanğınsöndürənlər tərəfindən aşkarlanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bakının Sabunçu rayonunda isə vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və dam örtüyü yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 08:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube