•  – Prezident icra başçısı ilə bağlı SƏRƏNCAM İMZALADI 
  •  – Prezident Mikayıl Cabbarova daha bir vəzifə verdi - SƏRƏNCAM 
  •  – Deputatlar şərabla bağlı təklif irəli sürdülər: "Şadlıq saraylarında..." 
  •  – Millət vəkili: "Nazirlərin mülkləri satılsın, pulları şəhid ailələrinə verilsin" 

Azərbaycanın əməkdar artisti dünyasını dəyişdi

Azərbaycanın əməkdar artisti, Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının aktyoru Əsgər Rəhimov vəfat edib. Teatrdan verilən məlumata görə, aktyor ağır xəstə idi və üç gün əvvəl qaraciyərindən əməliyyat olunmuşdu.
1956-cı ilin noyabrın 27-də anadan olmuş Ə.Rəhimov 1979-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində ali təhsil almışdı. 1978-1988-ci ilə qədər S.Vurğun adına Rus Dram teatrında, sonradan Bakı Kamera Teatrında aktyor vəzifəsində işləmiş, 2005-ci ildə yenidən S.Vurğun adına Rus Dram teatrına qayıtmışdı. Bu illər ərzində teatr səhnəsində bir çox rollar oynamışdı. Onun yaratdığı Nikita (A.Arbuzov-“Kobud oyunlar”), Oyunçu (R.İbrahimbəyov-“Poxoronı v Kalifornii”), Lukin (M.Qorki-“Varvarı”), Bayandur (İ.Əfəndiyev – “Büllur sarayda”), Ralf (R.Baer-“Qarışıq hisslər”), Kazım (N.Rəsulzadə-“Nonsens”), Qraf Kent (U.Şekspir-“Kral Lir”), Həkim (K.Hiqqins-“Qarold və Mod”) kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.

9 may 2012-ci il tarixdə Əməkdar artist fəxri adına layiq görülmüşdü.

milli.az
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube