•  – Peter Pelleqrini Azərbaycanda: rəsmi səfər 
  •  – Nazir: "Azərbaycan ümid edir ki, Bolqarıstan-Yunanıstan qaz bağlantısı layihəsi tezliklə həyata keçiriləcək" 
  •  – Türkiyə və ABŞ qarşılıqlı şəkildə sanksiyaları ləğv etdilər 
  •  – Özlərini apara bilməsələr..." - Deputatlara tətbiq edilən qadağalar genişləndirilir 

Yeni “Samsung Galaxy Tab S3” planşeti nümayiş ediləcək

Təqdimatı ötən ilin sentyabrında nəzərdə tutulan “Samsung Galaxy Tab S3” planşet kompüterinin buraxılışı 2017-ci ilin birinci yarısınadək təxirə salınıb. Hazırda planşetin fevralın 26-da “Mobile World Congress 2017” sərgisi çərçivəsində nümayiş ediləcəyi məlumdur.


Shefeq.az “4pda” saytına istinadən xəbər verir ki, bundan əvvəl verilən məlumata görə, korpusunun qalınlığı 5,6 millimetr təşkil edəcək qurğu 2048х1536 piksel təsvir ölçülü 9,7 düymlü “AMOLED” ekran, “Snapdragon 820” prosessoru, 4 giqabayt operativ yaddaş, barmaq izi skaneri, “USB Type-C” çıxışı, 5 870 milliamper/saat tutumlu akkumulyator və “Android 7.1 Nougat” əməliyyat sistemi ilə təchiz ediləcək. Bu dəfə isə internetdə “Galaxy Tab S3” planşetinin “Galaxy S7 Edge” smartfonunda olduğu kimi, yan tərəflərə bükülən ekrana malik olmasını göstərən ilk şəkli yerləşdirilib.

Bildirilir ki, bükük ekranlı smartfonlar artıq adi əşyaya çevrilsələr də, oxşar planşetlər buraxılmayıb. İstifadəçinin “Edge” istehsal xəttindən olan smartfonlarda olduğu kimi, müxtəlif funksiya və əlavələrdən tez istifadə üçün yan tərəfdə yerləşən menyunu aça biləcəyi ehtimal edilir.

Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube