Baxış sayı: 285
6-01-2017, 22:59
Nəhayətki evsiz insanların ev arzusunu gercəkləşdirə biləcək qərar qəbul olundu.Cənab prezidentin sərəncamı ilə sosial evlərin tikintisi lahiyəsinə start verildi.Sosial evlərin tikintisinin vacibliyini və az təminatlı insanların evlə təmin olunmasının bu lahiyənin gercəkləşəcəyi halda reallaşacagını bir il  əvvəl Xəzər tv - yə verdiyim musahibədə bildirmişdim. Kirayədə qalan insanlarımız hər ay 150-500 manat arası kirayə pulu verirlər. Lakin sosial evlərə sahib ola bilən insanlar uzun müddətli kreditlərlə hər ay cox kicik bir məbləg ödəməklə mənzil sahibi ola biləcəklər.Bu proekt reallaşsa vətəndaşlarımız ücün cox gözəl bir sürpriz olacaq.Ən başlıcası isə Bakı şəhərində evlərin qiymətlərinin ucuzlaşmasına təkan verəcək. 2016 cı il dekabır ayının 24 də Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Cənab Prezidentin iştirakı ilə Yasamal rayonu Xarici Dairəvi avtomobil yolunun kənarında yerləşən ərazidə  dəqiq desək, kecmiş Qanlı gölün yerində 11,6 hektar ərazidə Sosial evlərin təməl qoyma mərasimi baş tutdu.Cox sevindirici bir haldı.Lakin secilmiş bu ərazi kompleks şəklində binaların tikintisi ücün nə dərəcədə dogrudur? Ərazidə yaşıyan sakinlər Qanlı gölün 50-60 ildi yaranmasını bəziləri daha cox yaşı oldugunu bildirir.Tikiləcək həmin binalar  kecmiş Qanlı gölün qurudulmuş hissəsində inşa ediləcək.Gölün qurudulmuş bir hissəsində maşın bazarı fəaliyyət görsədir.Lakin göl suyunu nə qədər qurutsalarda yenidən həmin əraziyə su yıgılır böyük gölməcələr əmələ gəlir.Yasamalın lap yaşlı sakinləri gölün yerdən qaynıyan bulaqlar və qurunt sularının yıgılması nəticəsində yarandıgını söyləyirlər.Bəs tikiləcək həmin binaların aqibəti , sonrakı talehi necə olacaq? Göl quruduqdan sonra ərazidə az az torpaq sürüşməsi, cökməsini və bu yaxın vaxtlara qədər cox uzun illərdirki həmin əraziyə köhnə Yasamalın kanalizasiya xətlərinin axdıgını ətrafda yaşıyan sakinlər söyləyir.Yaxşı olardıki ora yaxın ərazidə salınmış Royal park yaşayış massivi kimi tikinti işlərini təpənin üstündə tikmək kecmiş gölün ərazisində isə yaşıllıq,park, idman kompleksləri və başqa sahə ücün istifadə edilərdi.Cox maraqlıdı bəs Ekoloqlarımız həmin ərazidə gələcəkdə hansısa infeksiyaların olmuyacagına dair, Geoloqlarımız hansısa sürüşmənin, torpaq cökməsinin baş verməyəcəyinə dair bir qərar veriblərmi? Ölcülüb biçilmədən verilən hansısa bir qərar büdcədən ayrılmış milyonlar hesabına başa gələcək bu lahiyənin gələcəkdə hansısa bir fəsadla, fəlakətlərlə üz-üzə qalmayacagına ümid edək.

 
Elnur FƏRZƏLİYEV