•  – Prezident icra başçısı ilə bağlı SƏRƏNCAM İMZALADI 
  •  – Prezident Mikayıl Cabbarova daha bir vəzifə verdi - SƏRƏNCAM 
  •  – Deputatlar şərabla bağlı təklif irəli sürdülər: "Şadlıq saraylarında..." 
  •  – Millət vəkili: "Nazirlərin mülkləri satılsın, pulları şəhid ailələrinə verilsin" 

Narkotik satan şəxs tutuldu - Zaqatalada

Zaqatalada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini saxlanılıb.

ATV-nin Zaqatala bürosundakı əməkdaşı Hacıömər İsayevin hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib.

Zaqatala şəhər sakini, 1988-ci il təvəllüdlü Musa İsmayıl oğlu Qocayev şəhər  ərazisində şübhəli şəxs qismində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə Ş. Şabanovdan 9,3 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube