•  – Millət vəkili: "Nazirlərin mülkləri satılsın, pulları şəhid ailələrinə verilsin" 
  •  – 100 deputat Merkelə müraciət etdi: Rusiyadan imtina et 
  •  – Nazir: "Azərbaycan ümid edir ki, Bolqarıstan-Yunanıstan qaz bağlantısı layihəsi tezliklə həyata keçiriləcək" 
  •  – Türkiyə və ABŞ qarşılıqlı şəkildə sanksiyaları ləğv etdilər 

Azərbaycanda iki kişinin yolun ortasında yatması böyük tıxaca səbəb olub - FOTO

Tovuz rayon "Avtovağzal"ı yaxınlığında, nəqliyyatın sıx hərəkətdə olduğu avtomobil yolunda bir müddət böyük tıxac yaranıb.
Shefeq.az "report"-a istinadən bildirir ki, buna şəxsiyyətləri hələ ki, məlum olmayan iki orta yaşlı kişinin sərxoş vəziyyətdə yolun ortasında yatmaları səbəb olub.
Bəzi avtomobil sürücüləri nəqliyyat vasitələrini saxlayaraq onları oradan çətinliklə uzaqlaşdırmağa çalışıblar. Vətəndaşlar tərəfindən yol kənarına gətirilən sərxoş şəxslər yenidən yola çıxaraq qəza şəraiti yaradıblar. Əraziyə "təcili tibbi yardım" briqadası çağırılıb. Hər iki şəxsə sakitləşdirici vurulduqdan sonra onlar xəstəxanaya aparılıb. Hazırda onların hər ikisinin vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube