•  – Ağcabədidə yeni məktəb binasının tikintisinə 1 milyon manat ayrılıb 
  •  – "Nazir olmaq istəmirdim, amma..." - Misir Mərdanov 
  •  – Prezident sərəncam imzaladı 
  •  – Səhiyyə Nazirliyi tütündən istifadənin nəticələrindən qorunma sahəsində dövlət siyasətini və dövlət nəzarətini həyata keçirəcək 

“Qardaşımı dostu öldürdü” – Əməkdar artist ağladı

“Çox istiyərdim ki, qardaşım yanımda olsun. Qardaş mövzusu yaralı yerimdir. Onu 25 yaşında, çox cavan itirdik”
Axşam.az-ın məlumatına görə, bu sözləri ARB TV-nin “Səhər-Səhər” proqramına qonaq olan əməkdar artist Nahidə Orucova deyib. O, qardaşının ölüm səbəbindən danışıb:
“Böyüklə böyük, kiçiklə kiçik idi. Ailə dostumuz ondan pul istəyib. O isə olmadığı üçün yox deyib. Həmin adam gecə qardaşımın yanına gedib və yatdığı yerdə butulkanın arxası ilə vurub. Yatan yerdə heç ilan adama yaxın gəlməz”.
Daha sonra müğənni Rahidə Baxışova da vəfat edən qardaşlarından söhbət açıb:


“Qardaş itkisinin nə demək olduğunu bilirəm. Allah səbr versin. Mən də 2 qardaş itkisi yaşamışam. Ailədə 4 uşaq idik. İki qardaş və iki bacı. Qardaşlarımdan biri ürək çatışmazlığından, biri isə insult keçirərək həyatını itirdi. 10 il fərqlə, biri 25, digəri isə 35 yaşında...”
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube